Əlaqə Arxiv
news Image
2014.09.03
16:24
| A A A
MSN bağlanır

Microsoft şirkətinin qurduğu Windows Live Messenger və ya bilinən adıyla MSN, oktyabr ayında rəsmi olaraq bağlanır.

Movqe.az xəbər verir ki, bu haqda şirkətin Windows Live istifadəçilərinə göndərdiyi elektron məktubda məlumat verilib. Məktubda qeyd olunub ki, istifadəçilər Skype-a keçsələr, onlara pulsuz istifadə təqdim olunacaq.

Qeyd edək ki, MSN 1999-u ildə söhbət servisi olaraq fəaliyyətə başlayıb. Microsoftun 2012-ci ildə 8.5 milyard dollara Skype-ı alması MSN üçün sonun başlanğıcı olaraq xarakterizə edilir. Belə ki, bu hadisədən sonra 2013-cü ildə bir çox istifadəçi MSN-dən istifadəni dayandırmışdı.

Sizin Reklam Yeriniz