Movqe.Az xəbər verir ki, "Facebook" markasından olan ağıllı telefonun necə bir görünüşə sahib olacağı hələ bilinmir. Dizaynerlər isə telefonun şəkillərini internetə qoyaraq diqqət çəkməyə çalışırlar.
"Facebook" fiyasko halına dönən müddət ərzindən qısa bir zaman sonra öz ağıllı telefonunu çıxarmaq üçün qolları çırmamışdı.
İstifadəçilərinin mobil cihaz asılılığının
sürətlə artmasını görən və reklam gəlirlərini bu cihazlara
fokuslamaq üçün hərəkətə keçən "Facebook", may ayında
"iPhone" və "iPad" proyektlərində iştirak etmiş Apple
mühəndislərini transfer etmişdi.
Bir çox analitiklər tərəfindən yeni məzmunlar təqdim etmək yerinə daha böyük layihələrin reallaşdırılmasının lazım olduğu bildirilən "Facebook" mobil cihaz sahəsindəki nüfuzunu artırması istiqamətindəki rəqabətə dözə bilmir.
Ağıllı telefon istehsalçısı HTC ilə əməkdaşlıq
edəcəyi açıqlanan "Facebook" Çin şirkətinin çıxaracağı və 2012-ci ilin
sonlarına doğru bazara daxil olması gözlənilən telefonun neyə
bənzəyəcəyi haqqında heç bir şərh verilməyib.
Bir çox dizaynerlər bu vəziyyətdən fayda verməyə çalışaraq, öz şəkillərini internetə qoyur və "Facebook"un marağını çəkməyə çalışır. Polşalı dizayner Miçal Bonikovskinin şəkili isə həqiqətən diqqət çəkicidir.
"Facebook"
Bonikovskinin dizaynına bənzər bir telefon
çıxarsa, gözlədiyindən daha yaxşı satış rəqəmlərinə nail ola
bilər.