Əlaqə Arxiv
news Image
2014.09.06
08:04
| A A A
Yerə asteroid yaxınlaşır

2014RC asteroidi Yerə yaxınlaşır. O, sentyabrın 7-də Yerdən maksimum yaxın məsafədə - 40 min kilometr məsafədə keçəcək. Bu, Ayın orbitindən 10 dəfə yaxın məsafədir. Onun diametri 20 metrdir.

Asteroidi avqustun 31-də Maui adasındakı (Havay adaları) Haleakala vulkanının zirvəsində quraşdırılmış Amerikanın Pan-STARRS 1 teleskopu vasitəsilə müşahidə ediblər. Alimlərin söslərinə görə, planetimizin sakinləri bu səma cismini həvəskar teleskoplar vasitəsilə görə bilər.

Astronomlar əmin edirlər ki, asteroid kosmik peyklər və Yer üçün heç bir təhlükə yaratmır. Bununla belə, mütəxəssislər diqqəti ona yetirirlər ki, müəyyən vaxtdan sonra o, Yer kürəsinin yanından daha yaxın məsafədən keçəcək. Alimlər asteroidin Yerin yanından təkrar keçməsi zamanı mümkün risklər barədə hələlik proqnozlar verməyi lazım bilmirlər.

NASA mütəxəssisləri bu səma cisminin sonrakı trayektoriyasını diqqətlə izləyəcəklər. Astronomlar qeyd ediblər ki, oxşar ölçülü asteroidlər Yerə kifayət qədər tez-tez yaxınlaşır, lakin bu cür səma cisimlərinin düşməsi səbəbindən yaranan fəlakətlər, orta hesabla, 1000 ildə bir dəfə baş verir.

Asteroidlərin yaradacağı təhlükələr tam realdır. Necə deyərlər, yerətrafı obyektlər- böyük kosmik cisimlər dəfələrlə bizim planetlə toqquşub.

Ehtimal olunur ki, bu cür asteroidlərin Yerə düşməsi səbəbindən dinozavrlar məhv olub, bundan daha əvvəl planetimizlə toqquşan başqa bir asteroid yer oxunun əyilməsinə gətirib çıxarıb. Yerə düşən kiçik meteoritlər isə bəşəriyyətin yaddaşında kütləvi təşviş yaradıb və ona böyük maddi zərər vurub. Bu cür "daşların" həcmi soyuducudan böyük olmasa da, bu qədər böyük narahatlıqlara səbəb olub.

"Yerətrafı obyektlər arasında bizim indi aşkar etdiyimiz asteroiddən yüz dəfə böyük olan asteroidlər də vardır. Planetimizə böyük meqapolisi Yer üzündən silə biləcək milyondan çox kosmik cisim təhlükə yaradır. Biz bu asteroidləri onlar bizi tapmazdan əvvəl tapmalıyıq"- NASA-nın sabiq astronavtı və B612 Fondunun təsisçisi Ed Lu bildirib.

Hazırda BMT asteroidlərin bizim planetlə toqquşmasının qarşısını almaq üzrə yeni proqramın hazırlanması ilə məşğul olur. Layihə "Asteroid Təhlükəsinin qarşısını almaq üzrə Beynəlxalq Qrup" adlandırılıb.
Sizin Reklam Yeriniz