Əlaqə Arxiv
news Image
2014.09.06
14:02
| A A A
Üzüm haqqında bilmədikləriniz

Üzüm dedikdə ilk olaraq onun müxtəlif şərabların hazırlanmasında istifadə olunan bir giləmeyvə kimi təsəvvür edirik.Amma bununla yanaşı üzüm sağlamlığımız üçün də faydalıdır.

Üzüm ürək-damar xəstəliyinin yaranma risqini azaldır,damarı təmizləyir,xolesterinin miqdarını azaldır,sərbəst redikalları neytrallaşdırır.Movqe.az xəbər verir ki  , bu gün alimlər üzümlə müalicənin daha yeni üsullarını kəşf edirlər və bu müalicə növü insan sağlamlığının qorunmasında ən unikal və bahalı müalicə hesab edilir.


Təqribən 7000 il bundan əvvəl artıq Zaqafqaziyada,Orta Asiyada Suriyada,Messopatomiya,Misirdə və Aralıq,Qara,Xəzər dənizi hövzələrində üzüm yütişdirmə mədəniyyəti yüksək inkişaf etmişdir.Eramıza qədər olmuş qədim təbabətdə üzümündən başlıca müalicə dərmanı kimi müalicə edilmişdir.Müalicənin bu üsulunu təbabətin əsasını qoymuş Hippokrat da yüksək qiymətləndirmiş cana faydasına görə üzüm şirəsini bal və ana südü ilə bərabər tutmuşdur.


Ötən əsrin 90-cı illərındə bütün dünya təbabətdə növbəti"inqilab"ın olması yəni"Fransız paradoksu"adı almış kəşfdən danışırdı.Orada deyilirdi ki,Fransada baş verən ürək-damar xəstəlikləri başqa ölkələrə nisbətən 40% aşağıdır və orta yaşam həddi də 2,5 il daha çoxdur.Belə optimist göstəricilərin sirri aşılarkən məlum olmuşdur ki,fransızların qırmızı şəraba meyilli olması onları ürək-damar xəstəliklərindən daha çox qoruyur.Uzun müddət aparılan tədqiqatlar göstəmişdir ki,məhz qırmızı şərab ürək-damar sisteminə çox yaxşı təsir edir.Bu təsirin mexanizmi müəyyən müddət naməlum qalsa da,nəhayıt alimlər bildirdilər:qırmızı şərabların yaqutu rəngi onu bildirir ki,onun tırkibində yüksək tərkibli flavonoidlər vardır.

Üzümün energetik dəyərləri haqda da danışmamaq olmaz.Bu göstəricilərə görə üzüm naringi çiyələk,qara qarağat və almadan üç dəfə artıq təsir göstərir.Ona görə də orqanizmin ümumi yorğunluğu gücdən düşmə hallarında üzüm daha faydalı şəkildə köməyə gəlir.Belə təsirin nəticəsi göstərir ki,üzümün tərkibində qlükozanın,fruktozanın,saxarozanın çoxlu monosaxaridləri var.

Gözəlliyin qorunmasında da üzüm hələ Kleopatranın dövründən məşhurdur.Hələ o dövürlərdə qadınlar gözəlliklərini qorumaq üçün cavan qalmaq üçün onun unikal xassələrini "kəşf" edə bilmışdilər.Bugün kosmetika sənayesi üzümdən kifayət qədər istifadə edir.Axı kosmetoloq-alimlərə üzümün sağlamlaşdırıcı xassələri ilə yanaşı onunla yaşlaşmış dəri ilə mübarızə üsulları da məlumdur.Əgər bunu kimsə üzərində sınamışsa yəqin əmin olmuşdur ki,üzüm doğrudan da dəri üçün əl balzamdır.Onun aktiv komponentləri dərini gözəl şəkildə canlandırır,ona elastiklik və möhkəmlik verir.Üzümün çəyirdəklərinin tərkibi əvəzolunmaz yağ turşuları olan yağlarla zəngindir.Məsələn, orada kosmetoloqların yeni favoriti olan ilnol turşulaı mövcuddur.Ona gorə də üzüm çəyirdəyinin yağı zədələnmiş hüceyrələrin bərpası dərinin cavan saxlanması üçün böyük əhəmiyyətə malikdir.
Sizin Reklam Yeriniz