Əlaqə Arxiv
news Image
2014.09.09
12:16
| A A A
Dünya qiyamət günündən xilas oldu?

Amerika Aviasiya və Kosmos Dairəsi NASA, 2014 RC adlı meteoritin Yerə dəymədən keçdiyini açıqlayıb. Movqe.az xəbər verir ki, genişliyinin 18 metr olduğu bildirilən meteoritin Yerə ən çox bazar günü Bakı vaxtı ilə 22: 18-də Yeni Zelandiyanın üzərindən keçərkən yaxınlaşdığı deyilib.

NASA, meteoritin 40.000 km uzaqdan keçdiyini və dünya üçün bir təhlükə meydana gətirmədiyini vurğulayıb.


Lakin mütəxəssislər bazar günü Nikaraguanın paytaxtı Managuanın yaxınlarındakı bir əraziyə düşən meteorit parçasının 2014 RC göydaşıyla əlaqədar ola biləcəyini düşünür. 


 Partlayış və sarsıntıya səbəb olduğu deyilən obyektin, şəhərin aerodromuna yaxın bir yerdə 12 metr uzunluğunda 5 metr dərinliyində çuxur meydana gətirdiyi qeyd olunub.


Nikaragualı mütəxəssis Humberto Garcia "Göydaşından qopa bilər. Bunun olması normaldır. Lakin üzərində daha çox çalışmalıyıq. Çünki qaya da ola bilər, buz kütləsi də" deyə bildirib.


NASA meteoritin ilk dəfə 31 avqustda təsbit edildiyini, dünyaya ən çox yaxınlaşdığı anda dünyanın mərkəziylə Ay arasındakı uzaqlığın onda biri məsafədə olduğunu açıqlayıb


Keçən il fevral ayında da Rusiyanın Çelyabinsk bölgəsinə bir meteorit düşmüş, mindən çox insan yaralanmışdı.

Sizin Reklam Yeriniz