Əlaqə Arxiv
news Image
2014.09.10
08:23
| A A A
Tarlaların mühafizəsi üçün robot-quşlar kəşf olunub

Robot- quşların kəşfi Niderland alimlərinin son nailiyyətidir. Bu barədə dünən məlum olub.

Alimlərin verdiyi rəsmi məlumata görə, robotlaşdırılmış aparatlar şahin və qartalları təqlid edir, onların əsas təyinatı isə tarla və hava limanlarında quşların böyük dəstəsi ilə bağlı problemlərin tənzimlənməsidir.

Texnoloji cihaz artıq, bir qayda olaraq, bir neçə yüz, hətta minlərlə kiçik qağayının cəmləşdiyi zibilxanada testdən keçirilib və robotlaşdırılmış quşlar alimlər tərəfindən qağayı dəstəsinə buraxıldıqdan sonra onların sayı kəskin şəkildə azalıb.

Bu işdə alimlərin qarşılarına qoyduğu əsas məqsəd ornitoloqların məlumatına görə yerli beynəlxalq hava limanı rayonunda quşların kifayət qədər çox sayda olması ilə bağlı problemi aradan qaldırmaq olub. Indi alimlər tərəfindən quşların hava limanınında onun işinə maneçilik törətməsinin qarşısını almaq üçün texnoloji cihaz üzrə hazırlanmış bütün müvafiq tədbirlər görülüb.

Sizin Reklam Yeriniz