Əlaqə Arxiv
news Image
2014.09.10
12:04
| A A A
Şotlandiya müstəqillik qazansa...

London, Şotlandiyanın müstəqil olma ehtimalı qarşısında çarələr axtarır. Yaxınlaşan referendum müstəqilliklə nəticələnsə Şotlandiya dünyanın ən varlı ölkəsi ola bilər. Şotlandiyada gələcən cümə axşamı günü ediləcək müstəqillik referendumu Londonda həyəcan siqnalını çaldırmağa davam edir. Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılması vəziyyətində dünyanın ən zəngin ölkəsi olacağı söz-söhbətləri, müstəqillik tərəfdarlarını daha da cəzb edir. 

Movqe.Az "Independent" qəzetinə istinadən xəbər verir ki, Şotlandiya, müstəqil olması vəziyyətində bir nəfərə düşən milli gəlir baxımından ən zəngin ölkə olma potensialını daşıyır. İndidən müstəqil olduğu düşünülsə dünyanın ən zəngin 14-cü ölkəsi olan Şotlandiya, bir çox neft ehtiyatına sahibdir. Böyük Britaniya bağlı olduğu üçün neft vergilərindən yalnız 15 faiz pay ala bilən ölkə müstəqil olması vəziyyətində buradan da əldə edəcəyi gəlir artacaq. Beləcə dövlət sürətli şəkildə büyüyə biləcək. 

Sizin Reklam Yeriniz