Əlaqə Arxiv
news Image
2014.09.11
17:30
| A A A
Burger Kingin qara qamburgeri

ABŞ-lı fast-food nəhəngi Burger King, Yaponiyada zil qara bir hamburger çıxarıb. Yemək sahəsindəki innovativ hərəkətlərin hər zaman diqqət çəkdiyi Yaponiyada bu dəfə hamburger limiti zorlayıb.

Movqe.az xəbər verir ki, Fast-food nəhəngi Burger King, Yaponiyada menyusuna qısa bir müddətə  qara çörək, qara pendir və qara sousla edilmiş Kuro Burgeri əlavə etməyə hazırlaşır. 


Kuro, Yaponcada qara mənasını verir. Şirkət səlahiyyətliləri qara hamburgerin qısa müddətə satışa çıxsa belə sektorda tarazlıqları alt-üst edəcəyinə inandıqlarını söyləyib. 


Şirkət, qara çörəklərin bambuk atəşində közləndiyini və ketçuplarla rəngləndirildiyini, soğan və sosta isə soya sousu istifadə olunduğunu açıqlayıb. 

Hamburgerin 4,49 dollara satışa çıxacağıdeyilib. Kuro Diamond adı verilən daha böyük və məzmunu geniş hamburger isə 6,45 dollara satılacaq. 



Sizin Reklam Yeriniz