Əlaqə Arxiv
news Image
2014.09.16
09:11
| A A A
GEDI lazeri BKS-dən meşələri izləyəcək
Yeni GEDI elmi lazeri alimlərə Yerdəki bütün meşələri izləməkdə kömək edəcək

NASA Beynəlxalq Kosmik Stansiyada (BKS) quraşdırmaq və istismara vermək üçün lazer texnologiyalarına əsaslanan GEDI alətini hazırlayır. Bu lazer cihazı bütün meşə səthi üzrə meşələrin dərinliklərini tədqiq edə biləcək. Alət Yerin karbon dövrəsini və bu dövrədə meşələrin oynadığı rolu daha yaxşı anlamaqda alimlərə kömək edəcək. 2018-ci ildə öz əsas missiyasını başa çatdırdıqdan sonra bu Global Ecosystem Dynamics Investigation (GEDI) optik lokatoru qlobal miqyasda Yerin bitki örtüyünü tədqiq etmək üçün digər orbital peyklərə qoşulacaq.

"GEDI Yerin bitki örtüyünü tədqiq etmək üçün nəhəng yeni resurs olacaq"- NASA yanında Qoddard adına elmi uçuşlar mərkəzinin direktor müavini Pirs Sellers bildirib. "Xüsusilə GEDI-nın məlumatları bizə meşə biokütləsində nə qədər karbon qazının saxlandığı qlobal miqyası anlamağa imkan verəcək".

GEDI lazer cihazı meşə florası və faunasına heç bir ziyan vermədən hər il Yerdəki meşələr istiqamətində 16 miyarda yaxın işıq impulsları göndərəcək. Bu isə meşələrin 3D-modelini hazırlamağa və karbon mübadiləsi mexanizmləri haqqında vacib informasiyanı almaq imkanı yaradacaq.

Sizin Reklam Yeriniz