Əlaqə Arxiv
news Image
2014.09.16
11:57
| A A A
Beyin, Alzheimer zərərini bərpa edir
 Kaliforniya Universitetindən elm adamlarının araşdırması, beynin Alzheimerın yol açdığı bəzi dəyişikliklərə "dirənə bildiyini" göstərib. Movqe.az xəbər verir ki, elm adamları, bəzi insanların, düşünmə bacarığının itməməsinə yardım edən əlavə sinir gücünə sahib olduğunu təyin edib. Sağlam olan 71 yetkinin qatıldığı araşdırmada bu kəslərdən bir sıra şəkilləri ətraflı şəkildə xatırlamaları istənib. Bu vaxt iştirakçıların beyin görüntüləri araşdırılıb. Beynində amiloid proteini "anbarları" olan kəslərin testlərdə daha müvəffəqiyyətli olduğu görülüb. İştirakçı sayı az olsa da nəticələr alzheimer üçün yeni müalicə üsullarına işıq tutur.
Sizin Reklam Yeriniz