Əlaqə Arxiv
news Image
2014.09.18
11:46
| A A A
Üçüncü arvad olmaq üçün Kembrici tərk etdi
İki həyat yoldaşı olan kişiylə evlənmək üçün Kembric Universitetini tərk etdi.

 İngiltərədə çoxarvadlı kişilərlə əlaqədar yeni nümayiş olunan bir sənədli filmdə 35 yaşındakı Malayziya mənşəli Nabilah Filips adındakı qadının, iki arvadı olan iş adamı Həsən Filips üçün Kembric Universitetindəki mühəndislik doktoranturasını atdığı təəccüb yaradıb. Movqe.az xəbər verir ki, "Men With Many Wives" (Çoxarvadlı  kişilər) adlı sənədli filmə görə, İngiltərənin Kembric Universitetində mühəndislik doktoranturası keçən 35 yaşlı Nabilah Filips , iki qadınla evli olan 32 yaşlı Həsən Filipsin  ikinci həyat yoldaşı olub. Həsən Filipsin 33 yaşlı Sakinah və 41 yaşlı Anub adında əlavə  iki arvadı da var. İngiltərədə rəsmi olaraq bu cür evliliklər qanunsuz sayılsa da, kişilər şəriət qanunlarına görə 4-ə qədər qadınla evlənilə bilinər. Britanyada ən az 20 min nəfərin həyatını bu şəkildə davam etdirdiyi bilinir. 


Başından daha əvvəl bir evlilik keçmiş olan Malayziya mənşəli Nabilah, iki arvadı olan yoldaşını çatdan tapmışdı. "Həqiqətən çox yoldaşlı bir evliliyin içində olmaqdan məmnunam" deyən Nabilah, yoldaşıyla evlənə bilmək üçün Kembric Universitetindəki mühəndislik doktoranturasını atıb. Nabilahın, xeyir işləriylə məşğul olan iş adamı əri Həsəndən hal-hazırda iki  uşağı da var.

Sizin Reklam Yeriniz