Əlaqə Arxiv
news Image
2014.09.19
18:13
| A A A
Ana yeni doğulmuş körpəsini tualetə atdı

Çinin Şandonq əyalətində bir şagird internat məktəbinin tualetində dünyaya gətirdiyi körpəni dəliyə atıb. Movqe.az xəbər verir ki, tualet dəliyindən gələn ağlama səsləri ilə çağırılan xilasetmə qüvvələri, körpəni kanalizasiya borularının içindən xilas edə bilib. Linyi şəhərindəki bir universitetin internat məktəbində meydana gələn hadisə, adı gizli tutulan bir qız şagirdin istəmədiyi körpəni yataqxana tualetində dünyaya gətirməsiylə başlayıb. Gənc ana dünyaya gətirdiyi körpəni tualet dəliyindən ataraq qaçıb. Lakin digər qız şagirdlər tualetdən gələn səslərə görə xilasetmə qüvvələrinə xəbər verib. 



Xilasetmə təxminən 17 santimetr qalınlığındakı borulardan gələn səsləri araşdıraraq müəyyən ediblər ki, körpə üçüncü və dördüncü mərtəbələr arasındakı borularda sıxışıb.


Körpə boruların qırılmasıyla sağ olaraq xilas edilib.

Sizin Reklam Yeriniz