6 kq çəkidə uşaq doğuldu-FOTO
Movqe.Az bildirir ki, Ukraynada 22
yaşlı Yekaterina Maştakova dünyaya çəkisi 6 kiloqram və boyu
57 sm olan oğlan uşağı gətirib. 22 yaşlı ana hamiləlik
zamanı 30 kiloqram kökəlmişdi. Həkim 23 illik iş təcrübəsində
ikinci dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. İki il
əvvəl Yekaterina Maştakova 4 kilo 700 qram çəkidə qız
övladını dünyaya gətirmişdi.
Yekaterina Maştakova: "Mənə dedilər uşaq çox böyük doğulub. Çəkisi 6 kiloqramdur.Doğrusu bu dərəcədə təsəvvür etmirdim, lakin qucağıma aldıqdan sonra gördüm. İndi aldığımız paltarları kiməsə hədiyyə edərəm,çünki paltarlar oğluma balaca olacaq".
Həkim bildirib ki: " Buna bənzər bir hadisə ilə 5 il əvvəl qarşılaşmışam. 37 yaşlı qadın qeysəriyyə əməliyyatı etdirmədən çəkisi 7 kilo, boyu 65 sm olan oğlan dünyaya gətirmişdi".