Əlaqə Arxiv
news Image
2014.09.22
12:02
| A A A
Bu da Galaxy Mega 2!

Samsung-un nəhəng ekranlı ağıllı telefon ailəsinin yeni üzvü Galaxy Mega 2, şirkətin rəsmi saytında özünü göstərib. Samsungun 2013-ci ilin ortalarında tanıtdığı nəhəng ekranlı ağıllı telefonu "Galaxy Mega"ın davamı olan  modeli tanıdılıb. Şirkətin Taylanddakı rəsmi veb saytında ortaya çıxan Galaxy Mega 2-in daha əvvəl gördüyümüz texniki xüsusiyyətləri və dizaynı da beləcə dəqiqləşmiş olub. Ötən ayın sonunda Malayziyada Samsung ilə əlaqəsi olmayan bir saytda göstərilən Galaxy Mega 2, 6 düym ölçüsündə TFT LCD 720p HD ekrana sahibdir. 


Movqe.az xəbər verir ki, Galaxy Mega 2 Samsungun öz hazırladığı 1,5 GHz saat sürətində işləyən 4 nüvəli Exynos 4415 prosessorunu istifadə edir. 1,5 GB RAM ilə dəstəklənən cihazın 8 MP arxada və 2,1 MP ön tərəfdə olmaqla iki ədəd kamerası var. Ağıllı telefon eyni zamanda LTE 4G dəstəyinə də sahibdir.

Sizin Reklam Yeriniz