Əlaqə Arxiv
news Image
2014.09.22
16:09
| A A A
"YouTube"dan möhtəşəm xüsusiyyət

YouTube, analitik cədvəlinə yeni bir real vaxt hesabat sistemi əlavə edərək, video görüntülərini dəqiqəsinə qədər görə bilməyinizi təmin edib. Mövcud  parametrlərdə, bu cədvəl son dəfə yayımlanan beş videonu göstərir, lakin burada daha köhnə videoları axtara bilirsiniz. İnterfeys iki fərqli qrafikə sahibdir. Bu qrafiklərin biri son 48 saat üçün saatlıq məlumatları göstərir və digəri son saat üçün dəqiqəlik məlumatları göstərir. 


Movqe.az xəbər verir ki, səhifə açıqkən avtomatik şəkildə yenilənir. Google-ın söylədiyinə görə hesabatlarda hələ bir qədər gecikmə yarana bilir. YouTube yaradıcıları daha çox "dəqiqəsində məlumat" istəyirlər və Google-ın planları bu istiqamətdə təkmilləşməkdədir. 


Bu yeni hesabat hələlik kanallar, beşdən az videosu olan qruplar və məzmun sahibləri üçün istifadəyə yararlıdır. 

Sizin Reklam Yeriniz