Əlaqə Arxiv
news Image
2014.09.23
08:18
| A A A
Əsrin sonunda orbital meqapolislər bəşəriyyətin yeni vətəni olacaq

Yer kürəsinin bütün guşələrində yaşayış məskənlərinin olduğu sirr deyildir, bununla belə, ildən-ilə insanların sayı çoxalmaqda davam edir. Və belə davam edərsə, tezliklə Yerdə əhalinin artıqlığı problemindən qaçmaq mümkün olmayacaq. Ancaq NASA ilə işləyən doktor Al Qlobus hesab edir ki, bunda heç bir problem yoxdur. Alimin fikrincə, bəşəriyyət üçün növbəti məntiqi addım onun tədricən Yerin orbitini məskunlaşdırması olacaq. Özü də tədqiqatçı əmindir ki, artıq cari yüzilliyin sonuna kimi ilk orbital məskunlaşma yerləri əmələ gələcək.

Ekspertlər hesab edirlər ki, bu cür yerlərin işıqlandırılması üçün, çox yəqin ki, ənənəvi işıq mənbələrini asanlıqla əvəz edə bilən işıq diodlu lampalardan istifadə olunacaq. Eyni zamanda bu cür lampalar indiki adi közərmə lampalarından fərqli olaraq daha qənaətlidir, ona görə də elektrik enerjisini daha az məsrəf edir və uzun müddət yararlı qalır.

Qeyd etmək lazımdır ki, bu gün Al Qlobus kosmosda yaşamağın fəal tərəfdarıdır. Alimin fikrincə, insanların yerətrafı orbitdə yerləşən şəhərlərə indi onların Nyu-Yorkdan Londona uçduqları kimi asanlıqla köçməsi məqamına o qədər də çox vaxt qalmayıb.

Ekspert eyni zamanda bildirib ki, hələlik orbitdə şəhərlərin salınıb-salınmaması barədə əminliklə danışmaq asan deyildir. Ancaq bəşəriyyət bu şəhərləri salmaq qərarına qalsa, bunu edə biləcək. Bunun üçün onda lazım olan hər şey- elmi potensial, maliyyə imkanları vardır. Sadəcə olaraq, hələlik ona ən zəruri ehtiyac yoxdur.

Alimin fikrincə, insanların orbitə köçməsi nüvə müharibəsi kimi hansısa qlobal fəlakətlər zamanı baş verə bilər. Bununla belə, Qlobusun orbital məskunlaşmalar tərəfdarı olmasına baxmayaraq, o, gələcəkdə bəşəriyyətin Marsda da öz şəhərlərini tikəcəyini istisna etmir.

Alim bildirib ki, kosmik məskunlaşmalar Yerdəki müasir şəhərlərin analoqu olacaq, onların inşası isə, planetimizin hüdudlarından kənarda yaşamağa imkan verəcək. Bu yerlər insanların yaşaya və öz uşaqlarını böyüdə biləcəyi ikinci vətən olacaq. Orbital meqapolislərin sakinləri Yerə məzuniyyətə gələcəklər.

Artıq mövcud olan layihələrə əsasən, ilk kosmik qəsəbələr silindr şəklində olacaq və onun ətrafında süni cazibə qüvvəsi yaradaraq dövr edən bölmə inşa ediləcək.

Sizin Reklam Yeriniz