Əlaqə Arxiv
news Image
2014.09.23
08:20
| A A A
Evdə “yad” məxluqun qalıqları tapılıb

Böyük Britaniyanın Lankşir şəhərində yaşayış evlərinin birində mətbəx dolabının altında müəmmalı skelet aşkar edilib. Sümüklər dəhşətli əcayib məxluqun qalıqlarını xatırladır.

Qeyri-adi skeleti sabiq səsyazma studiyasının işçisi, 55 yaşlı Kevin Ri öz mətbəxində qaz sızıntısını yoxlayan vaxt görüb. Borunu yoxladıqdan sonra santexnik ona mətbəx dolablarının hər birinin altındakı döşəməni yoxlamağı məsləhət görüb. Ri onlardan birinin altında yuyucu vasitələr dəsti və qəribə yuva aşkar edib.

Qədim daş evdə öz oğlu və arvadı ilə birlikdə beş ilə yaxın yaşayan Kevin bildirib ki, skelet baramanı xatırladan bir şeyə bükülü olub. Kevin onu açan vaxt orada qeyri-adi sümükləır aşkar edib. İndi o, bu sümüklərin hansı canlıya məxsus olduğunu müəyyənləşdirməyə çalışır.

Bununla bağlı ekspertlərin fikri müxtəlifdir. Təbiət Tarixi Muzeyinin identifikasiya şöbəsinin rəhbəri Stüart Hayn bildirib ki, çox yəqin ki, sümüklər siçovula və ya siçana məxsusdur. Heyvanın kəllə sümüyü 180 dərəcə dönə bildiyinə görə yadplanetli məxluqu xatırladır. Skeletdə həmçinin qabaq ayaqlar və kürəklərin olmaması onun "yad" məxluqla oxşarlığını daha da artırır.

Haynla Ekster Universitetindən olan xanım Emi Fenson da həmfikirdir. O əmindir ki, tapılmış məxluqun sümükləri başını geriyə döndərə bilən çox böyük siçovulu xatırladır.

Sizin Reklam Yeriniz