Əlaqə Arxiv
news Image
2014.09.23
08:32
| A A A
Robot-humanoidlərin satışına başlanıb

Yaponiyada 2 min dollara robot-humanoidin satışına start verilib. Maraqlıdır ki, özünə "dost" almaq istəyənlərin sayı, heç də, az olmayıb.

Robotlar insanlarla dialoq apara, hətta öz həmsöhbətinin üz ifadəsini anlaya və onun əhaval-ruhiyyəsinə reaksiya verə bilir.

Robotun bilik bazasında artıq 4500-ə yaxın söz vardır, buna baxmayaraq, onun yaradıcıları bildirirlər ki, praktikada onlardan az istifadə olunur.

Müəlliflərin sözlərinə görə, robot-humanoid ən sadə tapşırıqları yerinə yetirə, evdə kömək edə və tənha insanların həyatını yüngülləşdirə bilir.

Robotların rəsmi satışı 2015-ci ilin fevralına nəzərdə tutulub. Hələlik isə ilk 200 robotun satışı barədə elan verilib.

Yaponiyalı mütəxəssislər yaxın gələcəkdə bu cür robot-humanoidlərin yaşlı adamlara qulluq edən sosial xidmət qurumlarının əməkdaşlarına kömək edəcəyini planlaşdırırlar.

Rəsmi məlumatlara görə, Yaponiyanın əhalisi sürətlə qocalır və yaşlı adamlara qulluq etməkdə kadrların çatışmazlığını robotlar öz üzərinə götürməlidir.

Qeyd edək ki, mütəxəssislər artıq indidən Yaponiyanın robot bazarını ildə 8 milyard dollar dəyərləndirir.

Sizin Reklam Yeriniz