Əlaqə Arxiv
news Image
2014.09.22
18:45
| A A A
Eynicinslilər üçün məscid açıldı

Bir müsəlman alim, ölüm hədə-qorxusu və ağır tənqidlərə baxmayaraq Cənubi Afrikada homoseksuallar üçün bir məscid açıb. Movqe.az xəbər verir ki, Taj Hargey adlı alimin Cape Town şəhərində açdığı "Açıq Məscid"də qadınlar da mollalıq edə biləcək. "Məscidi açıq fikirli insanlar üçün" açdıqlarını söyləyən Hargey, bunun radikal İslamçılara qarşı bir addım olmasına ümid etdiyini bildirib.


İngiltərənin Oxford Universiteti Müsəlman Təhsil Mərkəzində professor olan Hargey, BBC-də etdiyi  çıxışında "dini inqilab vaxtının gəldiyini" söyləyib. 

"Cape Town"da doğulan alim, məscidin cinsiyyət, dini, cinsi  ayrı-seçkilik etmədən hamıya açıq olduğunu vurğulayıb. 





Sizin Reklam Yeriniz