Əlaqə Arxiv
news Image
2014.09.26
09:12
| A A A
Alimlər diabetin inkişaf tempinə görə həyəcan siqnalı çalırlar

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiologiya xidməti bəyan edib ki, təqribən 2030-cu ilə kimi diabetli xəstələrin sayı yarım milyard nəfərdən çox olacaq. Alimlər həmçinin qeyd ediblər ki, həmin vaxta qədər ürək-damar və onkologiya xəstələrindən əziyyət çəkənlərin də sayı kifayət qədər artacaq.

Bu cür hesablama xəstəliklərin inkişafının dünya reallıqları və insanların həyat tərzindən çıxış edərək aparılıb. Bu gün şəkərli diabetdən əziyyət çəkən adamların sayı 400 min nəfərə çatıb. Bu xəstəlik çox vaxt çoxlu miqdarda şəkər və xolesterin qəbul etməklə yaranır. Bu tərkib hissələri qanda cəmləşir və həddən artıq olanda insanda diabet inkişaf edir.

Xəstəliyin inkişafına səbəblərdən biri də insanlar tərəfindən böyük miqdarda tez hazırlanan qidaların qəbul edilməsidir. Bu qidaların tərkibində çoxly "zərərli" xolesterin və şəkər olur. Və tələbatın artması ilə onların istehsalı və şəkərli diabet xəstələrinin sayı da çoxalır.

Sizin Reklam Yeriniz