Əlaqə Arxiv
news Image
2014.10.01
12:25
| A A A
Çindən iPhone 6-ya təsdiq çıxdı

Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi, Apple-ın yeni model iPhone 6 ağıllı telefonlarına şəbəkə girişi lisenziyası verib. Şinhua agentliyinin xəbərinə görə lisenziyanın, iPhone 6-ın Çində satılacaq məhsullarının araşdırıldığı və təsdiqinin məcburi sertifikatlaşdırma sistemini keçdikdən sonra verildiyi qeyd edilib. Movqe.az xəbər verir ki, təsdiqin, fərdi gizlilik şərtləriylə əlaqədar risklər daşıyan bəzi arxa plan xidmətlərilə bağlı Apple-dan zəmanət alınmasından sonra ortaya çıxdığı deyilib. 

Nazirlik, mobil telefonu istifadəçilərinin fərdi məlumatlarının qorunmasına böyük əhəmiyyət verdiklərini və cib telefonlarındakı təhlükəsizlik rəhbərliyini artıracaqlarını qeyd edib. 


İnformasiya Texnologiyaları Nazirliyi, hazırda ölkədəki lisenziyalı məhsulların şəbəkə giriş təhlükəsizliyini yoxlama və nəzarətini artıracağını bildirib. 



Apple, Samsung və Lenovodan sonra Çin mobil telefon bazarında ən çox satılan üçüncü markadır.

Sizin Reklam Yeriniz