Əlaqə Arxiv
news Image
2014.10.02
08:28
| A A A
Andromeda Dumanlığı bizim qalaktikaya tərəf irəliləyir

Alimlər iki ulduz toplusunun toqquşduğu vaxt nə baş verəcəyini təsvir ediblər. Məlumdur ki, qonşu Andromeda Dumanlığı təqribən saniyədə 140 kilometr sürətlə bizim qalaktika- Süd Yoluna yaxınlaşır və bir gün gələcək ki, onlar toqquşacaq. Müxtəlif hesablamalara görə, bu Kainat fəlakəti 3-5 milyard ildən sonra baş verəcək. Ancaq alimlər bununla indi maraqlanmağa başlayıb və toqquşmanı təsvir ediblər. Beynəlxalq Radioastronomiya Mərkəzindən olan mütəxəssislər əldə olan məlumatlardan istifadə edərək animasiya- Andromeda Dumanlığının Süd Yolu ilə qovuşduğunun təsvir olunduğu elmi cizgi filmini çəkiblər. Proses iki kabusun rəqsini xatırladır. Radioastronomların fikrincə, nəhayət, bir nəhəng qalaktika yaranacaq və alimlər bunu Milkomeda adlandırırlar.

Kataklizmə digər qonşu qalaktikalar da cəlb olunacaq. Süd Yolu öz yolunda Böyük və Kiçik Magellan buludunu, Andromeda isə Üçbucaq qalaktikasını (M33) udacaq.Həm Süd Yolu, həm də Andromeda Dumanlığı mərkəzlərində qara deşikləri olan spiral qalaktikalardır. Alimlər güman edirlər ki, onlar- deşiklər də toqquşmadan sonra qovuşacaqlar. Son nəticədə mərkəzdə bir nəhəng qara deşiyi olan spiral Milkomeda yaranacaq.Yeri gəlmişkən, Günəş sistemi indi də qalaktikanın elə də nəzərə çarpan yerində deyildir. Andromeda Dumanlığı ilə qovuşduqdan sonra isə, biz yeni qalaktikanın mərkəzinə yaxın yerə köçəcəyik.

Təbii ki, insanlar narahatdır: qovuşan qalaktikalardakı ulduzlar toqquşmağa başlamayacaqmı? Məsələn, hansısa bir ulduz Günəşə çarpılmayacaq ki?Radioastronomlar narahatlığa əsas görmürlər: gələcək varislərimiz başqa ulduzlardan qorxmamalıdır, çünki onların birindən digərinə məsafə çox uzaqdır. Kainat üzrə orta məsafə 160 milyard kilometrdir, yəni toqquşma ehtimalı minimumdur.Günəşə ən yaxın ulduz- Proksima Sentavraya olan məsafə isə 4,2 işıq ilidir. Əgər Günəşi pinq-ponq topu şəklində təsvir etsək, başqa top- Proksima Sentavranı 1100 kilometr uzağa qoymaq lazımdır.Süd Yolu təqribən 120 min işıq ili məsafədə uzanır. Orada ulduzların sayının 300 milyarda qədər olduğu bildirilir.Andromeda Dumanlığı (o, həmçinin M31 və NGC 224-dir) bizə ən yaxın olan qalaktikadır və bizdən 2,52 milyon işıq ili məsafədə yerləşir. Orada trilyona yaxın ulduz vardır. Diametri 260 min işıq ili qədərdir.35 ildən sonra mənzillər günəş işığı ilə işıqlandırılacaq. Alimlər bildirirlər ki, 2050-ci ilə kimi Günəş aktiv mərhələyə keçəcək və bunun sayəsində insanlar lampa, torşer və çılçıraq kimi məişət işıqlarından imtina edəcəklər. Mütəxəssislərin sözlərinə görə, günəş işığı planetimizdə əsas işıq mənbəyi olan elektrik işığını tam əvəz edə biləcək maksimum işıqlanma səviyyəsinə çatacaq. Qəribə də olsa, müasir alimlər bunun doğruluğuna zərrə qədər də şübhə etmirlər. Ekspertlərin gəldiyi ilkin qənaətə əsasən, yaxın vaxtlarda bu sahə üzrə texnologiya özünün zirvə nöqtəsinə çatacaq və günəş enerjisindən tam pulsuz olaraq istifadə etmək mümkün olacaq. Alimlər bu cür hesabatla artıq jurnalistlər qrupu qarşısında şıxış ediblər.

Indi onlar hazırlanmış layihəyə yaxın vaxtlarda çoxlu investisiyalar cəlb etməyə ümid edirlər. Və otuz beş ildən sonra bəşəriyyət elektrik enerjisi xərclərini ödəməkdən azad edən yeni inkişaf səviyyəsinə çıxacaq.

Kaliforniyada polietilen torbaları qadağan edilib. Amerikanın Kaliforniya ştatında birdəfəlik polietilen torbaların istifadəsini qadağan edən qanun qəbul edilib. Ştatın qubernatoru Cerri Braun tərəfindən imzalanmış qanun gələn iliin uyulundan qüvvəyə minəcək.Qanuna görə, poletilen torbalar mağazalarda satış və ya pulsuz paylanmaq üçün qadağan ediləcək.Poletilen torbalar istehsal edən müəssisələrin rəhbərləri artıq qanuna qarşı çıxış etməyə başlayıblar: onların sözlərinə görə, qadağa istehsalatda iş yerlərinin ixtisara düşməsinə gətirib çıxaracaq. Buna baxmayaraq, ştatın qubernatoru inanır ki, polietilen torbaların qadağan olunması düzgün istiqamətdə atılan addımdır. Onun sözlərinə görə, bu tədbir ətraf mühitin qorunmasına kömək edəcək.

Sizin Reklam Yeriniz