Əlaqə Arxiv
news Image
2014.10.02
08:31
| A A A
35 ildən sonra mənzillər günəş işığı ilə işıqlandırılacaq

Alimlər bildirirlər ki, 2050-ci ilə kimi Günəş aktiv mərhələyə keçəcək və bunun sayəsində insanlar lampa, torşer və çılçıraq kimi məişət işıqlarından imtina edəcəklər.

Mütəxəssislərin sözlərinə görə, günəş işığı planetimizdə əsas işıq mənbəyi olan elektrik işığını tam əvəz edə biləcək maksimum işıqlanma səviyyəsinə çatacaq. Qəribə də olsa, müasir alimlər bunun doğruluğuna zərrə qədər də şübhə etmirlər.

Ekspertlərin gəldiyi ilkin qənaətə əsasən, yaxın vaxtlarda bu sahə üzrə texnologiya özünün zirvə nöqtəsinə çatacaq və günəş enerjisindən tam pulsuz olaraq istifadə etmək mümkün olacaq. Alimlər bu cür hesabatla artıq jurnalistlər qrupu qarşısında şıxış ediblər.

Indi onlar hazırlanmış layihəyə yaxın vaxtlarda çoxlu investisiyalar cəlb etməyə ümid edirlər. Və otuz beş ildən sonra bəşəriyyət elektrik enerjisi xərclərini ödəməkdən azad edən yeni inkişaf səviyyəsinə çıxacaq.

Sizin Reklam Yeriniz