Əlaqə Arxiv
news Image
2014.10.02
08:44
| A A A
Kaliforniyada polietilen torbaları qadağan edilib

Amerikanın Kaliforniya ştatında birdəfəlik polietilen torbaların istifadəsini qadağan edən qanun qəbul edilib. Ştatın qubernatoru Cerri Braun tərəfindən imzalanmış qanun gələn iliin uyulundan qüvvəyə minəcək.

Qanuna görə, poletilen torbalar mağazalarda satış və ya pulsuz paylanmaq üçün qadağan ediləcək.

Poletilen torbalar istehsal edən müəssisələrin rəhbərləri artıq qanuna qarşı çıxış etməyə başlayıblar: onların sözlərinə görə, qadağa istehsalatda iş yerlərinin ixtisara düşməsinə gətirib çıxaracaq. Buna baxmayaraq, ştatın qubernatoru inanır ki, polietilen torbaların qadağan olunması düzgün istiqamətdə atılan addımdır. Onun sözlərinə görə, bu tədbir ətraf mühitin qorunmasına kömək edəcək.

Sizin Reklam Yeriniz