Əlaqə Arxiv
news Image
2014.10.03
16:13
| A A A
Angry Birds çətin günlər keçirir

Son vaxtlarda iqtisadi mənada çətin günlər keçirən Rovio Entertainment, 130 işçisinin işinə son verəcək. 


Movqe.az xəbər verir ki, ağıllı cihazlar üçün inkişaf etdirilən Angry Birds adlı oyunun yaradıcısı Rovio Entertainment, işçilərini məmnun etməyən bir qərara imza atıb.


Finlandiya mərkəzli şirkət, ümumi işçilərinin 16 faizinə bərabər gələn 130 işçisini işdən çıxartma qərarı alıb. 


İqtisadi yükünü azaltmaq istəyən şirkət, mövzuyla əlaqədar etdiyi yazılı bir şərhdə çətin qərara imza atdıqlarını, amma istifadəçilərinin sevəcəyi məhsullar çıxarmağa davam edəcəklərinin vurğulayıb.

Sizin Reklam Yeriniz