Əlaqə Arxiv
news Image
2014.10.14
08:47
| A A A
Bibliya patriarxları nə üçün yüz illərlə yaşayıblar?

Qədim mətnlərdə yaşı 200-dən 1000 ilə kimi çatan insanlar haqqında məlumatlara çox rast gəlinir. Belə ki, Bibliyadan olan Adəm- Yer kürəsinin ilk adamı, guya, 930 il, Huh- 500 il, İbrahim isə 175 il yaşayıblar. Məgər ömrün uzunluğu əsrlər keçdikcə azalmağa başlayıb? Gəlin, fenomenin mümkün izah variantlarını nəzərdən keçirək.

Ilaiyyatçılar bildirirlər ki, bəşəriyyət bizim sivilizasiyanın yarandığı məqamdan yığdığı günahlara görə uzunömürlülükdən məhrum olub. Bu, belədirmi? Alimlər daha ağlabatan izahlar axtarır. Belə ki, bəzi ekspertlər güman edirlər ki, Yaxın Şərqin qədim sakinləri arasında xronologiya haqqında anlayış müasir insanlarla müqayisədə fərqli ola bilərdi. Məsələn, onlar ili günəş deyil, bizim mülahizələrimizə görə, on iki aya yox, cəmi bir aya bərabər olan ay silsiləsi ilə hesablaya bilərdilər. Beləliklə, Adəmin həqiqi yaşı 77 il olub ki, bu da bizim dövr üçün o qədər də çox yaş deyil.

Düzdür, əgər bu modeli götürsək, Adam ilk dəfə 11 yaşında ata olub. Öz növbəsində, Hanokun oğlu Mafusail isə, o, beş yaşında olarkən doğulub. Əgər biz Bibliya ilini müasir təqvim mövsümü kimi qəbul etsək və əgər, sadəcə olaraq, patriarxların yaşını hansısa müəyyən bir rəqəmə bölməyə çalışsaq da, uyğunsuzluqlara rast gəlirik.

Qədim mənbələrdə uzunömürlülük təzahürünü izah etməyə çalışan riyazi modellər də mövcuddur. Belə ki, Bibliya və təqribən, dörd min il əvvəl tərtib olunmuş Şumer və Akkad hökmdarlarının Siyahısındakı bəzi personajların ömrünün uzunluğu bir neçə min ilə çatır. Müasir riyaziyyatçıların fikrincə, göstərilən rəqəmlər həqiqi yaşın kvadrata yüksəldilməsi ilə bağlıdır. Bunula da ömrün uzunluğu tədricən qısalmağa başlayıb.

Ümumdünya daşqınına kimi hökmdarlıq etmiş hökmdarlar bu hadisədən sonra bir neçə yüz il, hətta min il ömür sürmələrinə baxmayaraq, hakimiyyətə gələnlərə nisbətən daha çox yaşayıblar.

Brandeys Universitetinin (Massaçusets ştatı, ABŞ) mütəxəssislərindən biri qeyd edib ki, ümumdünya daşqınına kimi Etan hökmdarının yaşı ölən məqamında 1560 il təşkil edib və bu rəqəm yaşların cəminə görə onun iki hökmdar sələfinin yaşına bərabər olub. Alimin fikrincə, 900 il, əslində, otuzun, 625- iyirmi beşin, 400 isə iyirminin kvadratıdır.

Digər tərəfdən, texaslı tədqiqatçı Artur Mendes bu nəticəyə gəlib ki, mənbələrə əsasən, artıq ümumdünya daşqınından sonra yaşamış personajların ömür uzunluğunun qısalma templəri radioaktiv maddələrin və ya toksinlərin təsirinə məruz qalan orqanizmlərin həyat fəaliyyətinə olan təzyiq templərinə uyğun gəlir.

Maraqlıdır ki, Qədim Çin mənbələrinə görə, bu ölkədə uzunömürlülük norma hesab edilib. Çinin qədim təbabət kitablarındakı qeydlər göstərir ki, Sin sülaləsindən olan Syu Vense adlı həkim- 300 ilə kimi, Xan sülaləsindən olan Gi Yul- 280 il, daoslu monax Xue Sao isə 290 il yaşayıb.

Indi 100-150 yaşı və daha çox olan adamlar uzunömürlülər hesab edilir. Ancaq ekspertlər hesab edirlər ki, kiminsə uzunömürlüyü ilə bağlı məlumatlara ehtiyatla yanaşmaq lazımdır. Iş ondadır ki, sənədlərin qeyri-səhih tərtib olunması ilə insanı "uzunömürlüyə" çevirmək olar. Belə ki, hesab olunur ki, Qafqazda çoxlu sayda uzunömürlülər vardır. Doğrudan da, burada yaşının 170-dən çox olduğunu bildirən qocalar vardır. Buna baxmayaraq, onların yaşını təsdiq edən heç bir sənəd yoxdur.

Nepalın ucqar kəndlərindən birində Narayan Çodhari adlı birisi yaşayır. Hələ 1996-cı ildə o bildirmişdi ki, 141 yaşı tamam olub. Amma onda bunu təsdiq edən sənədlər yox idi. Doğrudur, Narayanın həmkəndliləri olan qocalar xatırlayırlar ki, onlar uşaq olan vaxt Çodhari artıq kifayət qədər yaşlı adam olub. Onun 1888-ci ildə əhalinin siyahıya alınmasında iştirak etdiyi barədə məlumat da vardır.

Nəticə etibarilə, həmin vaxt onun, ən azı, 21 yaşı olmalı idi, Narayanın özünün sözlərinə görə isə, 33 yaşı olub. Maraqlıdır ki, o, ömrüboyu subay olub.

Ona görə də uzunömürlülər haqqında olan tarix həm mif, həm də həqiqət ola bilər. Hər şey nisbidir... Buna baxmayaraq, sizə elə gəlmirmi ki, insanlar çox az yaşayır və orqanizmimiz çox sürətlə aşınır? Gəlin, ümid edək ki, yaxın 50-100 ildə elm və təbabətin inkişafı sayəsində bu "ədalətsizlik" aradan qalxacaq və insan Bibliya personajlarının yaşı qədər yaşamasa da, qocalığın hüdudu, heç olmasa, bir dəfə yarım geri çəkiləcək.

Sizin Reklam Yeriniz