Əlaqə Arxiv
news Image
2014.10.14
08:50
| A A A
Marsda qanadlı mələk görünüb
Mütəxəssislər gözlənilməz fenomeni izah etmək üçün baş sınıdırlar

Amerikanın Curiosity kosmik aparatı yeni sensasiya yaradıb. Bu dəfə aparat Qırmızı planetin səthində mələk qanadları olan yadplanetli aşkar edib.

Kadrlar hələ may ayında çəkilsə də, yalnız indi ictimaiyyətə çatdırılıb. Işıqsaçan fiqur kraterlərdən birinin yaxınlığında qeydə alınıb. Kadrlarda yadplanetlini xatırladan naməlum məxluq görünür.

Indi alimlər Kainatın yaranması ilə bağlı hamı tərəfindən qəbul edilmiş çərçivələrə sığmayan qeyri-adi fenomeni izah etmək üçün baş sındırırlar. NASA-da hesab edirlər ki, "mələk"- möcüzəvi işıq parıltısı və ya uğurlu şəkildə tutulmuş işıq zolağıdır.

Curiosity kosmik aparatı Marsın səthində 2012-ci ilin avqustundan işləyir. Bu il fevralın əvvəlində aparat Qırmızı planetin səthində ilk antropogen deşik açaraq oradan süxur nümunələri götürüb.

Missiyanın əsas hədəfi planetdə həyat izlərinin axtarışı və geoloji tarixin öyrənilməsidir.

Kosmik aparat çoxlu sayda cihazlarla təchiz edilib. Onlar arasında dörd spektrometr də vardır.

Sizin Reklam Yeriniz