Əlaqə Arxiv
news Image
2014.10.14
09:00
| A A A
İnsan çoxsaylı inkişaf qoluna malik olub

Genetik tədqiqatlar üzərində ixtisaslaşan britaniyalı alimlər müəyyən ediblər ki, tarixəqədərki dövrdə bəşəriyyətin bir neçə inkişaf qolu olub.

Britaniyalı paleontoloqlar əvvəllər Cənubi Afrika Respublikası ərazisində insan sümükləri aşkar edərək tədqiq olunmaq üçün Harvard Universitetinə göndəriblər. İndi isə genetika almləri tarixəqədərki dövrdə bəşəriyyətin bir neçə inkişaf qolu olduğunu bəyan edərək sensasiyalı kəşf ediblər.

Bu nəticəyə mütəxəssislər qrupuna rəhbərlik edən professor Devid Reyx gəlib. Onun sözlərinə görə, CAR ərazisində insanın hələlik müəyyən edilməmiş səbəblərdən məhv olmuş alternativ inkişaf qolu yaşayıb. Afrikada müasir insanın əcdadları ilə birlikdə yaşamış tarixəqədərki kişinin DNT-sində qitənin bütün yerli əhalisinin ulu anası olan, necə deyərlər, "mitoxondral Həvva" ilə heç bir əlaqənin olmaması yeni kəşfi sübut edən göstərici rolunu oynayıb. Alimlər insanın ikinci versiyasının tam məhvolma vaxtını təqribən eramızdan əvvəl IV əsrə aid edirlər.

Sizin Reklam Yeriniz