Əlaqə Arxiv
news Image
2014.10.14
09:08
| A A A
Dünyanın ən sürətli qatarı haradadır?

Dünyanın ən sürətli qatarı Yaponiyadadır. Buna qədər ən sürətli qatarlar reytinqində birinci yeri Çin tuturdu. Amma 2011-ci ildə Hayabusa qatarı dünyanın ən sürətli və xüsusi üsluba malik qatarı oldu. Əgər siz biznes-klas vaqonuna düşə bilsəniz, sanki təyyarənin bortunda olduğunuzu hiss edəcəksiniz. Qatar 500 kmsaata qədər sürət götürə bilir.

Qatar gündə iki reys yerinə yetirir və öz sərnişinlərini Tokiodan Aomoriyə kimi aparır. Bu qatarı hazırlayan Yaponiya şirkəti 1960-cı ildən fəaliyyət göstərir. Və şirkət qatarları ən yeni və son texnologiyalardan istifadə etməklə hazırlayır. Bu qatarlar Yaponiya ilə yanaşı, digər ölkələrdə də populyardır. Hayabusa qatarları uzun buruna malikdir və onun əsas istifadəçisi ABŞ-dır. Sözügedən qatarlar təkcə ən sürətli qatarlar olmayıb, həm də ekoloji cəhətdən təmiz və təhlükəsizdir.

ABŞ prezidenti elan edib ki, bu sürətli möcüzəni almaq üçün büdcədən 13 milyon dollar ayırmağı planlaşdırır. Qatarda getmək üçün sərnişinlər 320 dollar pul ödəməlidir.

Ötən yüzilliyin liderləri – çinlilər 380 kmsaat sürət götürə bilən qatar buraxa bilmişdilər. Həmin qatar yüksək təhlükəsizlik səviyyəsinə malikdir, həmçinin çox rahatdır. Çinin Hese adlı bu qatarı özünün ilk reysini iki şəhər- Quançjou və Uhan arasında həyata keçirib.

Bu şəhərlər arasındakı məsafə min kilometrdən bir qədər çoxdur və qatar onu üç saatdan az vaxtda qət edib. Qatar 2009-cu ildə testdən keçirilib və 394 kmsaat sürət götürə bilib.

Sizin Reklam Yeriniz