Əlaqə Arxiv
news Image
2014.10.14
16:31
| A A A
Şam işığı xərçəngə səbəb olurmuş

ABŞ-da yerləşən South Carolina Universitetinin əməkdaşlarının apardığı bir tədqiqat zamanı qapalı şəraitdə yanan bir şamdan çıxan tüstünün insan sağlamlığına çox böyük mənfi təsiri olduğu müəyyən olunub. 

Laboratoriya şəraitində aparılan tədqiqatda yanan şamdan çıxan tüstünü analiz edən mütəxəssislər şamların ağ ciyər xərçəngi və astma risqini artıran tüstü buraxdığını müəyyən ediblər. 

Tədqiqatın rəhbəri professor Amid Hamdinin Vaşinqtondakı Amerika Kimya Dərnəyindəki çıxışında insanların qapalı şəraitdə məsələn evdə romantik bir axşam yeməyi üçün yandırdıqları şamlarla sağlamlıqlarını böyük risqə atdıqlarını bildirib.


Sizin Reklam Yeriniz