Əlaqə Arxiv
news Image
2014.10.18
09:04
| A A A
Teotiukanı yadplanetlilər inşa edib?

Kolumbaqədərki Amerikadakı tikililər özündə çox sirrlər gizlədir. Saxlanmış artefaktlarda – piramidalar, ideal şəkildə salınmış yollar, nəməlum məxluqların heykəllərində hətta alimlər də çaş-baş qalırlar, lakin hər halda qəbul edilmiş tarixşünaslığa xələl gətirməmək üçün hər şeyi hinduların adına "yazırlar". Sonuncular isə bundan imtina edir və bildirirlər ki, Amerikadakı qədim şəhərləri tanrılar inşa edib.

Meksikadan əlli kilometr məsafədə yerləşən qədim Teotiukan şəhəri təqribən üç min il əvvəl salınıb. Onun əsas müəmması düzgün tərəfləri olan ehramlardır. Onların hamısı Günəşə tərəf yönəlib, yerləşdiyi yer isə Günəş sistemində planetlərin sıralanmasını xatırladır. Buna baxmayaraq, bir sıra tədqiqatçılar hesab edirlər ki, şəhərin inşaatçıları, heç də, insanlar olmayıb.

Uzun müddət hesab olunurdu ki, Teotiukan astek qəbilələri tərəfindən tikilib. Amma nəticədə məlum olub ki, onlar şəhər salınandan 1000 il sonra bu yerlərdə görünüblər. Müxtəlif vaxtlarda onun tikintisini tolteklər, mayyalar, sapoteklər və miksteklərlə də əlaqələndiriblər.

Bununla belə, bizim eranın VII əsrində şəhər tam boşalıb. Xarabalıqlar arasında arxeoloqların heç bir insan fəaliyyətinin izini aşkar etmədikləri bütöv küçələr və evlərə rast gəlinir. Bu, necə baş verə bilər?

Hələ məşhur tədqiqatçı- paleufoloq Erix fon Deniken güman edirdi ki, Teotiukanın "müəllifləri" , həmçinin Qədim Misir ehramlarının inşaatçıları qədim Yer sivilizasiyasına məxsus ola bilməzdi, çünki onlar riyaziyyat və astronomiya sahəsində çox geniş biliklərə malik olublar. Deniken qədim dövrlərdə Yerə inkişaf etmiş sivilizasiya nümayəndələrinin gəldiyini nəzərdə tutan, necə deyərlər, paleokontakt nəzəriyyəsinin tərəfdarıdır. Ola bilər ki, elə onlar Yerdə öz şəhərlərini inşa ediblər. Təsadüfi deyil ki, qədim astek dilindən tərcümədə "Teotiukan" "Tanrıların doğulduğu yer" mənasını verir. Burada məskunlaşmış qədim qəbilələrin şəhəri kimin inşa etdiyini yaddaşlarında saxlaması da istisna deyildir.

Yeri gəlmişkən, Teotiukan Cənubi Amerikanın yeganə müəmması deyildir. Təqribən 100 il əvvəl Peru ərazisində- And dağlarında "inklərin itmiş şəhəri"-Maçu-Pikçunun xarabalıqları aşkar edilib.

Maçu-Pikçu (yeri gəlmişkən, bu ad müasir arxeoloqlar tərəfindən verilib və ink dilindən tərcümədə mənası "Qədim Zirvə" deməkdir) haqqında məlumatlar qədim mənbələrdən götürülüb. Orada nə vaxtsa İspaniya konkistadorlarından gizlənən hökmdar Manko Yupankidən söhbət açılır. Çox yəqin ki, şəhər 2000 m yüksəklikdə yerləşdiyinə və oraya çatmaq o qədər də asan olmadığına görə ispanlar saraya gedən yolu tapa bilməyiblər.

1911-ci ilin iyulunda arxeoloq Hayram Binqhemin rəhbərliyi ilə Yel Universitetindən olan ekspedisiya müəmmalı şəhərin axtarışına çıxıb. Tədqiqatçılar həyatları ilə risk edərək dağ aşırımının ən yüksək zirvəsinə qalxa biliblər və onların gözləri qarşısında hündür və emal edilmiş daşlardan tikilmiş 200-dən çox məbəd və digər tikintilərin xarabalıqları canlanıb. Bir qədər sonra- avqustda yarımdağılmış sarayı – görünür, Manko Yupankkinin sığınacaq tapdığı sarayı da tapmaq mümkün olub.

Bu şəhəri nə üçün bu qədər yüksəklikdə inşa etdikləri, onun əsl adının nə olduğu və XVI əsrdə şəhər sakinlərinin hara yoxa çıxdığı indiyə kimi naməlum olaraq qalır. Bəlkə, onlar yadplanetlilər olub və sadəcə, öz yerlərinə uçublar?!

Bəs əgər qədim şəhərlərə indiyə kimi onları inşa edənlər tərəfindən nəzarət olunursa, necə? 1992-ci ildə meksikalı gənc bir qızla qəribə hadisə baş verib. O, kosmetika məhsullarının satışı ilə məşğul olub və öz avtomobilə ilə çox yerlərə getmək məcburiyyətində qalıb. Qız bir dəfə Teotiukan xarabalıqlarının yanından keçən vaxt birdən səmada qəribə obyektin olduğunu görüb. Bundan sonra onun yaddaşında, sanki, pozğunluq baş verib və qız öz gedəcəyi yerə çatan vaxt ayılıb. Məlum olub ki, onun saatının əqrəbləri dayanıb. Qız yaxından ötən birisindən soruşaraq artıq üç saat keçdiyini və bu vaxt ərzində 300 km yol qət edtdiyini müəyyən edib. Bunu isə, ümumiyyətlə, xatırlamayıb.

Bir neçə həftədən sonra qız özündə hamiləlik əlamətləri hiss edib. Bu, onu dəhşətli dərəcədə narahat edib, çünki o, bakirə olub və heç vaxt kişilərlə seksual əlaqədə olmayıb.

Yeddi aydan sonra uşaq yarımçıq doğulub. Amma o, insandan çox qurbağaya bənzəyib. Körpənin pullu dərisi, böyük gözləri və barmaqlarının arasında pərdə olub. Uşağın doğulduğu özəl klinikanın həkimləri şoka düşərək onu inkubatora yerləşdiriblər. Körpə orada üç həftə qalıb. Onu süd qarışıqları ilə yemləmık istəsələr də, uşaq bunlardan imtina edib, lakin hansısa otları həvəslə yeyib. O, həmçinin günəş işığına da tab gətirə bilməyib.

Bu epizodu araşdırmış telejurnalist Luis Ramires Rayesin sözlərinə görə, qadın uçan boşqab tərəfindən oğurlanaraq yaddaşı silinə və onun bortunda mayalanma proseduruna məruz qala bilərdi.

Körpənin onrakı taleyi barədə isə, heç bir məlumat verilməyib.

Sizin Reklam Yeriniz