Əlaqə Arxiv
news Image
2014.10.21
10:27
| A A A
Bəzi adamlarda Ebola virusuna qarşı immunitet var

Məlum olub ki, bəzi insanlarda Ebola virusuna qarşı təbii immunitet vardır. Alimlər güman edirlər ki, orqanizmin bu xüsusiyyəti dəhşətli xəstəliyin yayılmasının dayandırılmasında başlıca rol oynaya bilər.

Amerikalı ekspertlər Ebola virusunun əvvəlki partlayışlarını araşdıraraq müəyyən ediblər ki, xəstəliyin qurbanları ilə yaxın təmasda olmuş insanlar üzərində keçirilmiş testlərdən məlum olub ki, onlarda bu virusun olduğu təsdiq edilsə də, onların 71 faizində heç vaxt Ebola xəstəlyinə tutulma halları baş verməyib.

Başqa bir tədqiqat göstərib ki, Ebola vuirusu qurbanları ilə yaxın təmasda olmuş və xəstələnməmiş insanların 46 faizində sonralar infeksiya əlamətləri olub.

Texas və Floridadan olan alimlər qrupu güman edir ki, virus çoxları üçün hissedilməyən üsulla Qərbi Afrika əhalisinin böyük bir hissəsində immunitet yaradıb. Əgər bunun hansı yolla baş verdiyi müəyyən edilərsə, alimlər xəstəliyin yayılmasını dayandırmaq üçün güclü silah əldə edə bilərlər. Xüsusilə virus əleyhinə immunitetə sahib olan insanları xəstələrlə işləyən sanitarlar kimi işə götürmək mümkün olacaq.

Təbii immunitet o deməkdir ki, onlara sahib olan insanlar həmçinin müalicə üçün lazım olan qan donorları da ola bilərlər. Tədqiqat müəlliflərindən biri bildirib ki, ola bilər ki, alimlərə etibarlı vaksinin hazırlanmasını gözləmık lazım gəlməyəcək. Onlara xəstəliyin yayılmasını azaltmaqda bu xəstəliyə qarşı immuniteti olan adamlardan istifadə etmək lazım olacaq.

Indiyə kimi Ebola virusu 4493 nəfərin ölümünə səbəb olub, 8997 nəfər isə bu virusla yoluxub. Məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında yer alıb. Virus artıq Amerika və Qərbi Avropaya, eləcə də qonşu Gürcütan resbublikasına da çatıb.

Sizin Reklam Yeriniz