Əlaqə Arxiv
news Image
2014.10.21
10:28
| A A A
Adi milçəklər bir çox xəstəlikləri müalicə edəcək

Kornell Universitetinin elmi əməkdaşları milçək genomunun şifrəsini aça biliblər. Tədqiqat ekspertlərə ən müxtəlif insan xəstəliklərinin sirlərini tapmaq imkanı verəcək.

Eksperiment çərçivəsində aşağıdakı fakt müəyyən edilib: milçəklərdə zibili parçalamağa kömək edən hansısa xüsusi genetik kod vardır. Milçəklər virusların daşıyıcısı olsa da, onların təsirinə məruz qalmır. Həşəratlarda yaşayan və patogenlərə inkişaf etmək imkanı verməyən genlər də tədqiq edilib. Nəhayət, məlum olub ki, ev milçəklərinin genomunda "immun vahidləri" vardır, başqa sözlə, onlar müxtəlif xəstəliklərdən mühafizə oluna bilirlər.

Mütəxəssislər hesab edirlər ki, bu cür kəşf insanlara aid olan müxtəlif xəstəliklərin müalicə metodlarını tapmaqda kömək edəcək.

Tibb işçiləri artıq yeni kəşf vasitəsilə qarın yatalağı, vərəm və digər təhlükəli yoluxucu xəstəliklərin müalicəsində uğur əldə edə biliblər.

Bir qədər əvvəl isə Böyük Britaniyadakı biotexnologiya şirkətlərindən biri öz təcrübələrində genetik olaraq modifikasiya olunmuş milçəklərdən istifadə etmək xahişi ilə hakimiyyət dairələrinə müraciət ediblər. Əgər müvafiq icazə alınarsa, onda tədqiqtaçılar dərhal işə başlayacaqlar.





Sizin Reklam Yeriniz