Əlaqə Arxiv
news Image
2014.10.22
08:53
| A A A
Parkinson xəstəliyinin səbəbi tapılıb
Kəşf bu xəstəliklə mübarizə aparmaq üçün alimlərə yeni dərman hazırlamağa imkan verəcək

Beyin elementlərinin xüsusi qrupunu britaniyalı alimlər aşkar ediblər. Onların kəşfi sayəsində Parkinson xəstəliyinə qarşı yeni dərman hazırlana bilər. Mütəxəssislər tədqiqat çərçivəsində əvvəlcə sinapsları- məhv olduqlarına görə xəstəliyin yarandığı beyin hüceyrələri birləşmələrini öyrəniblər. Məlum olub ki, sinapslara hücum edən agentlər mövcuddur. Müvafiq olaraq, əgər bu agentlərə təsir edilərsə, onda xəstəliyin inkişafını dayandırmaq mümkün olar.

London Universitet Kollecindən olan xanım Soledad Qalli müəyyən edib ki, siçanların beynində sinapsların məhvi düzgün işləməyən Wnt zülallarının aktivliyi ilə əlaqədardır. Əgər bu zülalların insanlarda Parkinson xəstəliyində iştirak etdiyi təsdiqlənərsə, onlar yeni dərmanın hədəfinə çevriləcək.

Indi Parkinson xəstələrinin əksəriyyətinə levodopu dərmanı yazırlar. Bu dərmanın artıq 50 yaşı var. O, mənəvi baxımdan köhnəlib və çoxlu ağır əlavə effektlər yaradır, həmçinin tədricən öz effektivliyini itirir. Preparat xəstəliyi müalicə etmir, yalnız simptomları gizlədir.

Sizin Reklam Yeriniz