Əlaqə Arxiv
news Image
2014.10.22
09:22
| A A A
Bitkilər görə bilirmi?

Demək olar ki, bitkilərin əksəriyyətində işığa reaksiya vermək qabiliyyəti vardır, lakin birhüceyrəli xlamidomand yosunları görmə sisteminə oxşar mexanizmə malikdir. Hər bir yosun şəffaf pərdə ilə örtülüb və onun altında "gözcük"- tərkibində mürəkkəb kimyəvi birləşmə- rodopsin zülalı olan qırmızı piqment ləkəsi vardır. Rodopsin və ya görmə fırfırı- demək olar ki, bütün canlılarda torlu qişa çubuqlarının əsas görmə piqmentidir. Çox yüksək işıq həssaslığına malik olan rodopsin molekulu günəş işığının təsiri altında parçalanır ki, bu da elektrik siqnalının əmələ gəlməsinə və görmə sinirinin oyanmasına səbəb olar. Xlamidomondlarda aşkar edilmiş rodopsin yosunlara kölgə düşmüş su sahələrini yaxşı işıqlandırılmış sahələrdən fərqləndirməyə və bir neçə qamçı (ibtidai canlıların telşəkilli ayaqları) vasitəsilə maksimum işıqlı yerlərə keçməyə imkan verir.

Sizin Reklam Yeriniz