Əlaqə Arxiv
news Image
2012.07.19
14:22
| A A A
Zibilli evdən dilənçi çıxdı

Movqe.az xəbər verir ki, İstanbul Fatihte, bir taksi nömrəsi və iki evi olan 79 yaşlı Qədr Doğanın zibilliyə çevirdiyi evindəki yaşam mübarizəsi ürəkləri ağrıdıb. Evlənməyən və uşaqları olmayan Doğan taksi nömrəsi və Mecidiyeköydəki evindən əldə etdiyi kirayə pulları ilə dolanırdı. Özü də Mevlanakapı Məhəlləsi Bıçkı Küçədəki evində yaşayırdı. Yaşı irəliləyən, şəkər və təzyiq xəstəsi olan Doğanın yaddaşını itirməyə başlayıb. İddiaya görə, kirayə pullarını ala bilməyib. Sonradan küçədən topladığı zibilləri evimə aparmağa başlayıb.

Doğanı bir müddət görməyən qonşuları polisə müraciət edib. Polis qapını çilingirlə açıb. Doğanı huşsuz halda zibillərin içində tapıb. Təcili yardımla Haseki Təhsil və Araşdırma Xəstəxanasına aparılan xəstə qolundakı serumu çıxarıb xəstəxanadan ayrılıb. Qolunda serum iynəsi olan Doğan, xəstəxanadan çox uzaqlaşmadan küçədə huşunu itirib. Qədr Doğanı yoldan keçən Özduran Özyener tapıb. Onu xəstəxanaya aparan Özyener, müalicədən sonra Doğanı əvvəl evinə aparıb, sonra Rizedəki qohumlarını taparaq onlara məlumat verib. Qədr Doğan, İstanbula gələn qohumları tərəfindən Rizeyə aparılıb. Qohumları, ödənməyən icarə üçün məhkəmə orqanlarına şikayət ediblər.

Tural QABİLOĞLU
Sizin Reklam Yeriniz