Əlaqə Arxiv
news Image
2014.10.24
09:13
| A A A
Alkoqol yaşlı adamlar üçün faydalıdır

Kentukki və Texas universitetlərindən olan təbiblər müəyyən ediblər ki, əqli zəifliyi olmayan 60 və daha çox yaşı olan adamlarda yüksək epizodik yaddaş az miqdarda spirtli içməklə bağlıdır.

Bundan əlavə, alkoqolun orta səviyyədə qəbulu beyin nahiyəsindəki hippokampun böyük həcmi ilə də əlaqədardır, Bu isə epizodik yaddaş üçün mühümdür. Bu zaman spirtli içkinin miqdarı hərəkət funksiyası və ya ümumi əqli qabiliyyətə heç bir təsir göstərmir.Tədqiqatçılar bu nəticəyə 660-dən çox pasientin məlumatlarını araşdırdıqdan sonra gəliblər.

Heyvanlar üzərində keçirilən eksperimentlərdə isə, alimlər müəyyən ediblər ki, az miqdarda alkoqolun qəbulu hippokampdakı yeni əsəb hüceyrələrinin yaranması ilə onun həcmini saxlamağa imkan verir. Eyni zamanda spirtli içkinin orta dozası beyində idrak funksiyası və ya informasiyanın çeşidlənməsi ilə bağlı olan kimyəvi maddələrin ifrazını da artırır.

Tədqiqat müəllifi Brayn Doun bilririb ki, yaşlı adamların qəbul etdikləri alkoqollu içkilərin miqdarı ilə əlaqədar olaraq onların baş beyninin həcmində və koqnitiv funksiyalarında ciddi fərqlər olmur. Bu, qocalıqda alkoqollu içkilərin qəbulunu davam etdirmək durumunda olan yaşlı adamların səhhətlərinin xoşagəlməz təsirlə əlaqədar olaraq tünd içkilərin qəbulunu azaltmaq məcburiyyətində qalan insanalara nisbətən daha sağlam olmaları və daha yaxşı beyin funksiyasına, həmçinin böyük beyin nahiyələrinə malik olmaları ilə bağlı ola bilər.

Eyni zamanda, həkimlər xəbərdarlıq edirlər ki, alkoqollu içkilərin normal səviyyədə qəbulunda koqnitiv təhsil və yaddaşda potensial fayda varsa da, bu cür içkilərin uzun müddət həddən çox qəbul edilməsi beyin üçün zərərlidir.

Sizin Reklam Yeriniz