Insanlar içki düşkününə necə çevrilirlər?
Molecular Psychiatry jurnalında dərc edilmiş məqalədə bildirilir
ki, insanın orta içki qəbulundan alkoqilizmə keçid prosesində
mərkəzi rollardan birini kodlaşdırılmayan kiçik RNT molekulları
(mikroRNT)oynaya bilər. Tədqiqatçılar müəyyən ediblər ki, məhz
mikroRNT-lər beynin alkoqol asılılığının inkişafına cavabdeh olan
nahiyələrində müdafiəedici BDNF zülalının miqdarını azaldır.
Siçanlar üzərində keçirilən təcrübələrin gedişində müəyyən edilib ki, uzun müddət ərzində spirtli içkiləri hədsiz dərəcədə çox qəbul edən zaman beynin qərar qəbul etməsinə cavabdeh olan nahiyəsində BDNF zülalının səviyyəsi xeyli azalır.
Eyni zamanda müəyyən mikroRNT-lərin də müvafiq artımı qeydə alınıb. Eksperiment yolu ilə BDNF-nin miqdarı artan vaxt alkoqolun qəbulu orta səviyyədə bərpa olunub.
"Əldə etdiyimiz nəticələr göstərir ki, BDNF orta alkoqol qəbulundan nəzarət edilə bilməyən alkoqol pozuntusuna keçməkdən müdafiə edir. Biz həmçinin müəyyən etdik ki, məhz mikroRNT-lər bu müdafiə mexanizminin sındırılmasında çox mühüm rol oynaya bilər. Tədqiqatımız planetimizdə yaşayan əhalinin 10 faizində alkoqolizmin inkişafını anlamaq üçün vacibdir"- elmi iş müəlliflərindən biri bildirib.