Allahdan çox ruhlara, yadplanetlilərə inanırlar
İngiltərədə aparılan araşdırmalar müəyyən edib ki,
britaniyalılar yadplanetlilərə və ruhlara Allahdan daha çox
inanırlar. Bu haqda Movqe.az xarici mediaya istinad edir.
Britaniyalıların 55 faizi ruhlara, 42 faizi yadplanetlilərə inanır.
"Ripley's Believe it or Not! " tərəfindən aparılan sorğuya
görə, gənclərin 47 faizi hörümçəkdən, 24 faizi böyük itlərdən, 23
faizi isə yüksəklikdən qorxur.