Əlaqə Arxiv
news Image
2014.10.29
09:00
| A A A
Divarın içərisindən keçən adam

Bu gün polşalı Yanuş Kvalejekin adı yalnız az sayda paranormal təzahürlər üzrə tədqiqatçılara məlumdur. Ötən yüzilliyin əvvəlində o, dəfələrlə həbsxanadan qaçması ilə məşhurlaşıb. Amma burada zirəklik və bəxti gətirmək rol oynamayıb: bu insan teleportasiya bacarığına malik olub. Amma bu, uşaqlıqdan ona yalnız problemlər yaradıb...

Yanuş 1880-ci ildə anadan olub. Onunla ilk teleportasiya hadisəsi on yaşında olarkən baş verib. Belə ki, o, dəmiryolu yaxınlığında dostları ilə futbol oynayan vaxt top relslərə tərəf düşüb. Yanuş onu götürməyə atılıb və görüb ki, üstünə parovoz şığıyır. Maşinist əyləci basa bilməyib. Adama elə gəlib ki, ölümdan can qurtarmaq mümkün olmayacaq, lakin son məqamda möcüzə baş verib. Onu buxar buludu əhatə edib və hansısa qüvvə qum təpəsinin üstünə- təhlükəsiz yerə atıb.

Növbəti dəfə Yanuş naməlum "qüvvəni" artıq öz arzusu ilə çağırıb- babası, guya, tilov oğurladığına görə onu hamama salaraq qapını bağlayıb. Əslində isə, uşaq bu tilovu, ümumiyyətlə, görməmişdi və bu haqsızlıqdan çox qəzəblənmişdi. Qıfıl altında qalan Yanuş paravoz və o vaxt onu əhatə edən buludu xatırlayıb və özü də anlamayıb ki, çölə necə düşüb.

Onu nəyə görəsə cəzalandıran vaxt da belə hərəkət edib və həbs ediblər (bu cür hallar isə kifayət qədər çox olub və özü də, bir qayda olaraq, etmədiyi "günahlara" görə).

Yanuş böyüdükdən sonra doğmaları onu cəzalandırmağı dayandırıblar. Amma onu qəribə tale izləyirdi: polis gənc adamı hansısa cinayətlərdə təqsirləndirərək daim həbs edirdi. Bir dəfə onu cibgir oğru, başqa bir dəfə isə soyğunçu kimi həbs etmişdilər. O, hər dəfə barmaqlıqlar arxasına düşəndə öz qeyri-adi bacarığı sayəsində həmişə hətta ən etibarlı qorunan karserlərdən qurtula bilirdi. Tezliklə, o tanınıb və onu "Divarların arasından keçən adam" adlandırıblar.

1922-ci ildə Kvalejekin müxtəlif anomal fenomenləri sevən polşalı fizik Henrix Şokolski ilə tarixi görüşü olub. Talenin hökmü ilə Şokolski tələbə tətillərində iştirak edib və növbəti dəfə anlaşılmazlıq səbəbindən həbs edilən Kvalejeklə bir kameraya düşüb.

Kamera yoldaşları arasında olan söhbət zamanı Kvalejek öz qeyri-adi bacarığı haqqında Şokolskiyə danışıb. Alim əvvəlcə buna inamsız yanaşıb və Yanuş öz bacarığını nümayiş etdirməyi təklif edib. Onlar razılışablar ki, əgər Yanuş həbsxanadan qaça bilsə, görüşsünlər.

Gecə vaxt hamı yatdıqdan sonra Kvalejek Şokolskinin gözləri qabağında divara tərəf gedib və sanki onun içərisinə daxil olub. O, sakitcəsinə iki qonşu kameradan keçərək həbsxananı tərk edib.

Sonralar Yanuş universitet kafedrası yanında Şokolskinin laboratoriyasıana gəlib və tədqiqat başlanıb. Şokolskini xüsusilə Kvalejekin divardan keçən vaxt nə hiss etdiyi maraqlandırıb. Məsələn, tədqiqatçı yazırdı ki, beton divardan keçən zaman "Yanuş armaturu hiss edib, lakin isti sudakı soyuq cərəyan kimi". "Və ümumiyyətlə, istənilən material onun tərəfindən sıxlığa görə yox, yalnız temperatur rejiminə görə qeydə alınıb"- o, öz yazılarında qeyd edib.

Kvalejekin şüşə arasından keçə bilməməsi isə qəribə idi. Həmçinin heç bir cihaz teleportasiya zamanı, ideyaya görə, Kvalejeki əhatə etməli olan "sahəni" qeydə almayıb. O, sadəcə olaraq, divarın bir tərəfindən yoxa çıxaraq digər tərəfində görünüb. Onun bu iş üçün sərf etdiyi vaxt heç bir maneə olmadan keçdiyi vaxt qədər olub.

Daha bir maraqlı fakt ondan ibarət olub ki, divarın daxilində lapidariya- Kvalejekin dərisinin tər-piy ifrazından ibarət izi qalıb.

Müəyyən vaxtdan sonra Şokolski belə bir fərziyyə irəli sürüb ki, Kvalejek bizim reallıqla sərhəd olan "incə" dünyaya düşmək xüsusiyyətinə malikdir. Həmin dünyada materiyanın xüsusiyyəti bizim dünyadakı ilə müqayisədə fərqli olub. Alimin fikrincə, Yanuş bunu adi üsulla qeydə alınmayan xüsusi enerji sahəsi vasitəsilə edib. Şokolski onu X-sahə adlandırıb.

Şokolski özünün Kvalejeklə keçirdiyi təcrübələrini gizli saxlayıb. Müəyyən vaxtdan sonra o, bu təcrübələrə laborant Adam Stankeviçi də cəlb edib və ona qeydlər aparmağı tapşırıb. Eyni zamanda bu barədə heç yerdə danışmaması üçün onun dilindən kağız da alıb.

Amma eksperimentlər seriyası kədərli sonluqla başa çatıb: Yanuş Kvalejek bir dəfə, sadəcə olaraq, yoxa çıxıb. O, divara daxil olub, lakin onun digər tərəfindən çıxmayıb. Divarı söksələr də, onun heç bir izini tapa bilməyiblər. Ola bilər ki, Yanuş iki dünya arasındakı portalda qalıb.

Sizin Reklam Yeriniz