Əlaqə Arxiv
news Image
2014.10.30
09:45
| A A A
Xoşbəxtlik hissi yerişdən asılıdır

Görünür, pis əhval-ruhiyyədə olan insanlar əgər yerişlərini dəyişsələr və "xoşbəxt adamlar kimi" yerisələr, xoşbəxt ola bilərlər. Bu barədə davranış terapiyası və eksperimental psixatriya haqqında jurnalda məlumat verilib. "Bizim ovqatımızın yeriməyimizə necə təsir göstərməsində təəccüblü heç nə yoxdur, lakin yerişimizin əhval-ruhiyyəmizə təsir edib-etmədiyini görmək istərdik"- tədqiqat müəlliflərindən biri, Kuins Universitetinin professoru Nikolaus Troye bildirib. O və həmkarları öz tədqiqatları üçün yürüş üçün idman alətindən istifadə edib və hərəkətin tutulma texnologiyasından yararlanaraq 17 kamera vasitəsilə iştirakçılarda yaranan bütün dəyişikliləri lentə alıblar. Iştirakçıların bir hissəsi "depressiv üslubda", digərləri isə daha "xoşbəxt manerada" hərəkət etməli olublar. Hərəkət sürəti eyni olub. Sınaqdan keçirilənlər yürüş cığırında olarkən tədqiqatçılar onlara müsbət və mənfi xüsusiyyətlərlə bağlı siyahını oxuyublar və onlardan hər birinin bu xüsusiyyətlərdən hansını özləri üçün qeyd etmək istədiklərini izah ediblər. Sonra onlardan neçə söz xatırlaya biləcəklərini yazmağı xahiş ediblər.

Məlum olub ki, "depressiv manaerada" hərəkət edənlər yürüş alətində xoşbəxt insan yerişi ilə hərəkət edən iştirakçılara nisbətən daha çox mənfi xüsusiyyətlərə aid sözləri xatırlayıblar.

Sizin Reklam Yeriniz