Əlaqə Arxiv
news Image
2014.10.30
11:24
| A A A
Samsung telefonlarını gözləyən təhlükə

Samsungun telefonlarında istifadə etdiyi və telefonlarının yerini istifadəçilərə bildirən tətbiqi Find My Mobile hakkerlərin hədəfi olub. 


Movqe.az xəbər verir ki, hər keçən gün istifadəçilərə yeni yollarla yaxın olmağa çalışan və bunun üçün əllərindən gələni əsirgəməyən hakkerlər Apple-ın Find My iPhone xüsusiyyətindən sonra bu dəfə də gözünü Samsung cihazlarında istifadə olunan  Find My Mobile tətbiqinə dikib.


Samsung cihazlarının yerini istifadəçilərə bildirən və oğurluq, telefonun itkin olması vəziyyətlərində istifadəçilərin telefonlarını tapmalarına və hətta içindəki məlumatları silə bilməsinə imkan verən Find My Mobile-ı hədəf seçən hakkerlər DDOS adı verilən hücumları istifadə edərək telefonları qırır. 



Samsung isə mövzuyla əlaqədar hələlik bir şərh verməyib.

Sizin Reklam Yeriniz