Əlaqə Arxiv
news Image
2014.10.31
09:07
| A A A
Müharibə və epidemiyalar bəşəriyyət üçün təhlükəli deyil
Fəlakətlər və dəhşətli xəstəliklər Yer əhalisinin artımına təsir göstərməyəcək

Avstraliyalı alim-ekoloqlar bu nəticəyə gəliblər ki, hər cür fəlakətlər, sarsıntılar və insanları təhdid edən xəstəliklər yaxın gələcəkdə Yer əhalisinin artımına təsir göstərməyəcək. Mütəxəssislər Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ Əhalinin Siyahıyaalma Bürosu ilə demoqrafik məlumatları analiz ediblər. Alimlər hesablayıblar ki, 2100-cü ilə kimi doğum və ölüm hallarının stabilləşməsi ilə planetimizin əhalisi 10,4 milyard nəfərə çatmalıdır. Avstraliyalıların yeni elmi araşdırmaları göstərib ki, hətta uzunçəkən müharibələr və ya qlobal iqlim dəyişiklikləri demoqrafiyanın pisləşməsinə artıq ciddi təsir göstərməyəcək.

"Biz heyrətə gəldik: hətta XX əsrin qlobal münaqişələri ilə müqayisə edilə biləcək öldürülənləri və yaralıları ilə beş il davam edən üçüncü dünya müharibəsi də Yer əhalisinin artım trayektoriyasına çox zəif təsir edəcək"- professor Berri Bruk bildirib. Hətta əgər bəşəriyyəti indiki Ebola qızdırmasından da dəhşətli virus və epidemiyalar təhdid etsə belə, bu cür epidemiyaların qurbanlarının sayı 2 milyard insan ola bilər və Yer əhalisi 2100-cü ildə 8,4 milyard nəfər səviyyəsində qalar. Ailələrdə uşaqların sayının bir nəfərə qədər məhdudlaşdırılması əsrin sonuna kimi əhalinin indiki 7 milyard səviyyəsində qalmasına səbəb olacaq.

Avstraliyalı alimlər əmindirlər ki, Yer əhalisini doğuma nəzarət yox, yeni texnologiyaların inkişafı və ətraf mühitin saxlanılması haqqında qanunlara riayət etmək xilas edəcək. Ekoloqlar məhz buna diqqət yetirməyi məsləhət görürlər.


Alimlər paralel dünyaları tədqiq edir


Təbiət təzahürlərini bir fiziki nəzəriyyə ilə izah etmək olmaz. Məsələn, böyük obyektlər klassik mexanika qanunlarına "tabe olur", necə deyərlər, mikrodünya isə kvant mexanikasının "hakimiyyəti altındadır". Bu yaxınlarda avstraliyalı tədqiqatçılar Hovard Vaysman başda olmaqla bu paradoksu paralel dünyaların mövcudluğu kimi izah etməyə çalışıblar.

Paralel dünyalar haqqında təkcə fantaziyaçılar yox, həmçinin paranormal təzahürlərin tədqiqatçıları da yazırlar. Adi vətəndaş üçün başqa dünya, necə deyərlər, məkan-vaxt portalında dünyaların təmas nöqtəsində olarkən gözlənilmədən düşməyin mümkün olduğu yerdir.

Taleyin qismətilə paralel dünyaya düşmüş insan və obyektlərlə baş verən hadisələrə aid çoxlu əsərlər, fərziyyələr və fantaziyalar vardır. Amma "paralel dünyalar" anlayışı ənənəvi fizikada da vardır. Buna baxmayaraq, alimlər fantaziya ilə məşğul olmur, bu nəzəriyyəni, məsələn, elementar hissəciklər səviyyəsində tədqiq edirlər.

Qriffit Universitetindən olan Hovard Vaysman və həmkarları hesab edirlər ki, əgər çoxsaylı ölçülər mövcuddursa, onların hər birində adi mexanika qanunları da vardır. Və əgər onlar bir-biri ilə təmasda olursa, burada işə kvant fizikası qoşulur. Beləliklə, bu cür müəmmalı təzahürü, məsələn, superpozisiya kimi izah etmək olar. Orada bir hissəcik eyni vaxtda bir neçə vəziyyətdə ola bilər. Əksər müasir modellərə əsasən, elektron kimi hissəciklər məkanda təsbit edilmiş mövqeyə malik olmur. Bu və ya digər vaxt kəsiyində yalnız elektronun müəyyən yerdə olmaq ehtimalını təsvir edən dalğa funksiyası tənliyini tərtib etmək olar. Əslində isə hissəciklər çalxalanır. Kainat da məhz kvant çalxalanması prosesləri sayəsində yaranıb və inkişaf etməyə başlayıb.

"Bizim nəzəriyyəmiz kvant dünyası təzahürlərinin əvvəlki şərhlərindən fərqli olaraq irəliyə doğru çox böyük sıçrayışdır"- Vaysman bildirib.

Artıq dəfələrlə klassik və kvant mexanikasını "barışdırmağa" cəhdlər olub. Belə ki, 1950-ci ildə amerikalı nəzəriyyəçi Hyu Everett klassik dünyanı öz aralarında əlaqəsi olmayan çoxsaylı kvant ölçülərinin eyni zamanda mövcud olmasının izi kimi təsvir edən nəzəriyyə təklif edib. Bu yanaşma elmdə "çoxdünyalı təfsir" adlandırılıb. Amma Vaysmanın yanaşması, əksinə, dünyalar arasında daimi təmas və qarşılıqlı fəaliyyətin olduğunu güman edir. Bu qarşılıqlı fəaliyyət riyazi təsvirə uyğundur.

Məsələn, kvant fizikasında, necə deyərlər, tunel effekti vardır. Onun mahiyyəti bundan ibarətdir ki, deyək ki, foton kimi kvant xüsusiyyətlərinə malik olan hissə öz enerjisindən az olan maneənin enerji maneəsindən keçə bilir. Kvant aləmində kifayət qədər yayılmasına baxmayaraq, bu fenomeni klassik mexanika baxımından izah etmək olmaz.

Bəs bu, yeni elmi paradiqma çərçivəsində necə görünür? Vaysmanın sözlərinə görə, iki ölçüdən olan hissəciklər müxtəlif tərəflərdən enerji maneəsinə yaxınlaşırsa, onlardan biri sürət götürəcək, digəri isə geriyə sıçrayacaq. Beləliklə, birinci hissəcik "keçilməz" maneəni keçə biləcək.

Dünyaların "qarşılıqlı şəkildə bir-birinə nüfuz etməsi"nin digər nümunələri də vardır. Belə ki, Vaysmanın modelinə əsasən, əgər bir-birilə qarşılıqlı fəaliyyətdə olan ölçülərin sayı 41-ə çatırsa, bu, kvant interferensiyana (dalğaların bir-biri üzərinə düşdükdə qarşılıqlı təsir göstərməsi) səbəb olur.

Sonuncunu Tomas Yunqun eksperimentinin gedişində müşahidə etmək olar. Bu vaxt işıq hissəcikləri ekran tərəfə buraxılır. Şüalanmanın yolunda iki yarıq durur. Ideyaya görə, bir hissəcik yalnız bir yarıqdan keçə bilər. Əgər yaxında bu və ya digər fotonun məhz hansı yarığa daxil olduğunu qeydə alan müşahidəçi və ya detektor varsa, belə də olur. Amma əgər müşahidə yoxdursa, işıq şüaları ekranda interferensiyaya xas olan təsvir yaradaraq dalğaya çevrilir. İşığın kvant hissəcik-dalğa təbiəti belə təsdiq edilib.

"Təbii ki, biz kvant və klassik dünyaların bütün müəmmalarına cavab verə bilməmişik, ancaq onu deyə bilərik ki, bəzi kvant təzahürləri çoxsaylı klassik dünyaların qarşılıqlı fəaliyyətilə izah edilə bilər. Bizim nəzəriyyəmiz kvant dolaşıqlığını hələ izah edə bilməsə də, bunun üzərində işləyirik"- Vaysman vurğulayıb.

Bundan sonra Vaysmanın qrupu dünyalar arasında təmas üçün hansı şəraitin vacibliyini izah etməyi, eləcə də maraqlı nəzəriyyəni praktikada təsdiq edən eksperiment keçirməyi planlaşdırır.


NASA Yerin tezliklə qaranlığa bürünəcəyini təkzib edib


Bir neçə həftə əvvəl internet şəbəkəsində Yerin tezliklə qaranlğa bürünəcəyi barədə qeyri-rəsmi infromasiya yayılmııb. Həmin məlumata əsasən, Yer tam qaranlıqla əhatə olunmalı və altı gün bu vəziyyətdə qalmalıdır. Amma NASA mütəxəsisləri bu informasiyanı təkzib edərək bildiriblər ki, bu, kiminsə fərziyyəsindən başqa bir şey deyildir.

Məlumata görə, Yerin qaranlığa bürünəcəyi haqda informasiya ABŞ-da özəl agentliklərdən biri tərəfindən yayılıb və çox güman ki, bu, internetdə populyarlıq qazanmaq üçün edilib.

Sizin Reklam Yeriniz