Əlaqə Arxiv
news Image
2014.11.03
11:27
| A A A
Kişilərlə birlikdə oyun izlədiyi üçün həbs edildi

İranda yalnız kişilərin olduğu voleybol oyununu izləmək istəyən gənc qadın bütün həyatını qurban verib.


Movqe.az xəbər verir ki, idman oyunlarının kişilərlə qadınların birlikdə izləməsinin qadağan olduğu İranda, voleybol milli komandasının oyununa girməyə çalışarkən həbs olunan Britaniya-İran vətəndaşı bir qadın, bir il həbs cəzasına məhkum edilib. 


Britaniyada hüquq fakültəsi məzunu, 25 yaşındakı Qonçeh Qhavami, 20 iyunda İran-İtaliya voleybol matçına səhnə olan Tehrandakı Azadi stadionu qarşısında qadın hüquqları müdafiəçiləri ilə birlikdə "qadınlara matç qadağasına" etiraz etmiş, stadiona girməyə çalışarkən qapıda nəzarətə alınmışdı. 


Pul cəriməsi ilə buraxılan, bir həftə sonra əşyalarını almağa gedəndə həbs olunan Qhavami, siyasi məhbus və jurnalistlərin qoyulduğu Evin Həbsxanasında təcrid hüceyrəsinə atılıb. Həbs edilməsinin 100-cü günündə aclıq aksiyasına başlaması xəbəri dünyada yayıldıqda Tehranda inqilab məhkəməsində bağlı qapılar arxasında məhkəməsi başladılıb. 


Ailəsi və yoldaşlarının Facebookda açdığı "GonçehGhavamini sərbəst buraxın" adlı səhifəsində, gənc qadının azad olunması istənilib. 


Sizin Reklam Yeriniz