Əlaqə Arxiv
news Image
2014.11.04
07:45
| A A A
Ölümdən sonra həyat varmı?

Koma vəziyyətinə düşmüş və klinik ölüm keçirmiş insanlar ayıldıqdan sonra bu situasiayada özlərinin gördükləri haqda çox danışıblar. Onlar daha çox mələklər və digər fövqətbii varlıqlarla rastlaşır, tunelin sonunda parlaq işıq görür, bəzən isə öz bədənlərini kənardan müşahidə edirlər. Bunun, sadəcə, hallüsinasiya olduğunu sübut etmək olarmı?

Hələ bu yaxınlarda rəsmi elm bu cür yaşantıları, müstəsna olaraq, psixofizioloji proseslərlə izah etməyə çalışıblar. Klinik ölüm üzrə Beynəlxalq Assosiasiyanın (IANDs), Nyuport-Biçdə (ABŞ, Kaliforniya ştatı) keçirilən konfransında tədqiqatçı Robert Meys onlardan bəziləri haqqında məlumat verib. Bunlardan ən çox yayılanları hipoksiya və ya oksigen aclığı, eləcə də paradoksal yuxu fazasıdır (REM). Buna baxmayaraq, bu hallarda klinik ölüm keçirənlərin danışıqlarında oxşar hisslər qeydə alınmır.

"Ölüm həddində olan çoxsaylı insanların təsvir etdikləri tunelin sonundakı parlaq işıq serotonin maddəsinin beyinə axmasının nəticəsi ola bilər"- Berlin Universitetnin "Şarite" tibb kompleksində keçirilmiş tədqiqatın müəllifləri yazırlar.

Professor Aleksandr Vusler başda olmaqla mütəxəssislər qrupu anestetik maddəsinin öldürücü dozasını aldıqdan sonra siçovulların beynində baş vermiş prosesləri müşahidə ediblər. Ekspertlər serotonin maddəsinin üçqat artımını qeydə alıblar. Vuslerin fikrincə, görünür, eyni şeylər ölməkdə olan insanın da beynində baş verir ki, bu da ölümərəfəsi hallünasiyalara gətirib çıxarır.

Bununla belə, başqa bir alim – Melburndakı Monaşa Universitetindən olan Yakob Hovi bu cür nəticənin birmənalı olduğuna şübhə edir. "Bir şeyi demək olmaz- siçovullarda ölümərəfəsi yaşantılar varmı?"- o, özünün alman həmkarlarının gəldiyi qənaəti şərh edib.

Sauthempton Univeritetinin əməkdaşları dörd il ərzində ürəyi dayanmış insanlardan "göstəricilər" alıblar. Tədqiqatda Avstriya, Böyük Britaniya və ABŞ-dan 15 xəstəxananın iki mindən çox pasienti iştirak edib. Onların qırx faizi reanimasiya vaxtı "şüurlarının səyahəti" haqqında məlumat veriblər. Hər beş nəfərdən biri dinclik yaşantılarını, üçdə biri vaxtın sürətləndiyini və ya ləngidiyini hiss edib, 13 faiz isə bildirib ki, onların şüuru bədənlərindən ayrılıb.

Amerika ordusunun istefada olan polkovnik-leytenantı, xanım Dayan Korkoran müəyyənləşdirib ki, hərbi qulluqçuların, ən azı, 15 faizə yaxını ölümərəfəsi təcrübəyə malik olub. Amma bu barədə, demək olar ki, heç kim açıq danışmağa cəsarət etməyib, çünki onları ruhi baxımdan qeyri-adekvat şəxsiyyət kimi qəbul edəcəklərindən qorxublar. Beləliklə, Korkoranın həmsöhbətləri öz söhbətlərini təkrarən videokameraya deməkdən qəti şəkildə imtina ediblər.

Şüurun bədəndən çıxmasını sübut edən amillərdən biri də pasientlərin söylədikləri ola bilər. Məsələn, 1991-ci ildə 35 yaşlı Pamela Reynolds beynindən əməliyyat olunub. O, əməliyyat zamanı öz bədənini kənardan müşahidə edə bilib və məzmununu sonra təkrar edə bildiyi həkimlərin danışığını eşidib. Bu vaxt isə onun beyni, praktiki olaraq, ölmüş vəziyyətdə olub.

Böyük Britaniyadan olan 57 yaşlı sosial işçi də beyni "sıradan çıxan" vaxt əməliyyat otağında baş verənləri təfərrüatı ilə təsvir edə bilib. "Adətən, beynin ürək dayandıqdan 20-30 saniyə sonra sıradan çıxmasına baxmayaraq, indi bu orqan döyünməyən vaxt şüurun fəaliyyəti cəmi üç dəqiqə davam edib. Pasient cihazın üç dəqiqədən bir səs siqnalı verən iki siqnalını eşidib və bunun sayəsində də biz ölümərəfəsi təcrübənin müddətini müəyyən etmişik"- tədqiqatçı Sem Parnia bildirib.

Ən maraqlı hadisə isə Latın Amerikasından olan mühacir qadın Mariya ilə baş verib. O, klinik ölüm vəziyyətində olarkən öz palatasını tərk edib. Onun palatadan kənarda gördüyü əşyalardan biri pilləkəndə unudulmuş tennis ayaqqabıları olub. Mariya ayılan vaxt bu barədə həkimlərə danışıb. Tibb bacılarından biri onun dediyi yerə gedib və həqiqətən, orada tennis ayaqqabısı aşkar edib.

Bu nümunələrdən çıxış edərək, hansı nəticələrə gəlmək olar? Birincisi, bizim şüurumuz fiziki bədəndən kənarda mövcud ola bilər. İkincisi, bu, doğrudan da, belədirsə, bədən ölsə də, ruh qala və müvafiq olaraq, öləndən sonra həyatın davam etməsi həqiqət ola bilər.

Sizin Reklam Yeriniz