Əlaqə Arxiv
news Image
2014.11.06
09:49
| A A A
Pulla bağlı maraqlı faktlar

Pulu hamı sevir, ona görə də bu ödəniş vasitəsilə bağlı faktlar da onlar üçün maraqlı olar.


Ən böyük banknot nominalı


Ən böyük banknot nominalı Zimbabve dolları olub. O, 100 trilyon dollar təşkil edib. Bu qədər yüksək nominal ölkədə yaranmış inflyasiya ilə əlaqədar olub.

Əgər konkret rəqəmlərlərə nəzər salsaq, bu, ildə 231 mln. faiz təşkil edib. Həmin valyuta Zimbabvedə artıq işləmir.


Dollar və prezidentlər



Belə qəbul olunub ki, Amerika dollarlarnda həmin ölkənin prezidentləri təsvir olunub, lakin bu fikir yanlışdır. Dolların simvolu- Bencamin Franklin (o, 100 dollarlıq əskinasda təsvir edilib) ABŞ prezidenti olmayıb. O, alim, ixtiraçı, jurnalist, diplomat və görkəmli siyasi xadim olub.

Eynilə 10 dollar əskinasın üzərində təsvir edilmiş Aleksandr Hamilton da yalnız tanınmış dövlət xadimi və ABŞ-ın maliyyə naziri olub.


Ən böyük ABŞ dolları banknotu


Ən böyük ABŞ dollarI əskinası 1934-cü ildə buraxılmış 100 000 dollarlıq əskinasdır. O, bu qədər yüksək dəyərdə buraxılsa da, adi vətəndaş üçün əlçatmaz olub, ondan yalnız banklar öz aralarında hesablaşmalar aparmaq üçün istifadə edib.


Ən populyar əskinas

D

ünyada ən populyar əskinas 500 avrodur. Ona böyük tələbat yarandığı üçün Avropa Birliyinin Sikkəxanası bu nominlada banknotun buraxılışını iki dəfə artırıb.


Pullar müxtəlif olub

Əgər indi hər kəsdən pulların necə olduğunu soruşsalar, hamı bir səslə bunun kağız və metaldan olduğunu deyər. Amma müəyyən maraqlı məqamlar da vardır. Bəzi dövlətlərdə hesablaşma vasitəsi kimi duz və ya kakao paxlalarından istifadə olunub.

Bununla yanaşı, müxtəlif vaxtlarda və müxtəlif ölkələrdə ödəmə vasitəsi kimi qarğıdalı, tütün, düyü və s.-dən yararlanıblar. Adıçəkilən bütün vasitələrin münasib olmamasını nəzərə alaraq sonda hamı pul-banknot hesablaşmalarına keçib. Amma bu gün də maraqlı nümunələr vardır. Məsələn, Avstraliya, Braziliya, Malayziya, Yeni Zelandiya, Rumıniya və Tailandda gündəlik ödəmə vasitəsi kimi polimer pullardan istifadə olunur.

Sizin Reklam Yeriniz