Əlaqə Arxiv
news Image
2014.11.08
10:37
| A A A
Gerontoloqlar qocalığı müalicə edə bilərlər

Gerontoloqlar gələcəkdə qocalığı müalicə etməyi proqnozlaşdırırlar. Bu gün bu sahədə aktual məsələ qocalığın qaçılmaz olduğu haqda mifi aradan qaldırmaqdır. Bu barədə Rusiyanın ən nüfuzlu biloqlarından biri, akademik Vladimir Skulaçev məlumat verib. Onun sözlərinə görə, bu gün Rusiyada gerontologiya elmi çox zəifdir.

Buna baxmayaraq, Skulaçev bildirir ki, bir çox heyvanlarla keçirilən tədqiqatlar gələcəyə ümidlə baxmağa imkan verir. Məsələn, çılpaq yereşən (Heterocephalus glaber), yarasların bəzi növləri, balinalar və böyük tısbağalarda qocalıq əlamətləri hiss olunmur. Amma geriatrlar (qocalıqla məşğul olan mütəxəssis) arasında belə bir fikir vardır ki, qocalıqla heç nə etmək olmaz. Akademik Skulaçev isə bunu mif hesab edir.

Qocalığın müalicəsinin müasir üsulları haqqında elmi məlumatlardan birində deyilir: "Pasientə molekulyar robotlar inyeksiyası vurulur, sonra o, tomoqrafa yerləşdirilir və diaqnostika və müalicə üçün superkompüterdə proqram işə salınır. Molekulyar robotlar qocalıq prosesində hüceyrələrdə əmələ gəlmiş bütün zədələri tam bərpa edir. Həmçinin molekulyar protezləşdirmə də keçirmək mümkündür. Müalicənin sonunda molekulyar robotlar fəaliyyətini dayandırır və orqanizmdən çıxarılır".

Biomühəndislər və bioproqramçılar qocalma proqramının sirrini tapmağa və gəncliyi və ömrü uzatmaq üçün orqanizmi yenidən proqramlaşdırmağa cəhd edirlər. Gerontoloqlar isə diqqətlərini metodikaların hazırlanmasına yönəldib.

Sizin Reklam Yeriniz