Əlaqə Arxiv
news Image
2014.11.12
09:43
| A A A
Insanlar yaxınlarının ölümünü məsafədən hiss edirlər

Son vaxtlar müxtəlif paranormal təzahürlərlə bağlı çoxlu sayda elmi tədqiqatlar keçirilir. Məsələn, Amerika Antropologiya Assosiasiyası Vircinya Universitetinin doktoru Bryus Qreysonun "Ölümləri haqqında bilmədən ölən insanları görmə" adlı məlumat dərc edib. Burada söhbət öz yaxın adamlarını ölüm məqamında görən insanlardan gedir.

Qreyson öz tədqiqatında müxtəlif mənbələrdən onlarca hadisəni nümunə çəkir. Məsələn, "Paranormal Təzahürlər Cəmiyyətinin qeydləri" (1899) kitabında ingilis qadın Hiks haqqında hadisədən danışılır. Bu qadın ölüm yatağında olarkən həmin vaxt Avstraliyada yaşayan oğlu Eddini xatırlayıb. "Yazıq Eddi, o, çox xəstə görünür, o yıxıldı"- qadın deyib. O, bu sözləri ölənə kimi təkrar edib. Sonralar məlum olub ki, xanım Hiksin oğlu elə həmin gün ölüb: o, yüksək temperaturla atda çapıb və yıxılıb. Eddini ölüm anası onun öldyüyünü gördüyü anda yaxalayıb.

Oxşar hadisə tanınmış paranormal təzahürlər tədqiqatçısı Yan Stivensonun "Fövqəltəbii qavrayış haqqında namünasib faktlar" (1959) kitabında da təsvir edilib. Bir amerikalı yaşlı qadın ölən vaxt birdən deyib: "Ah, Uill, sən də buradasan?". Onun Uill adlı yeganə qohumu İngiltərədə yaşayıb. Sonra qadının ailəsi öyrənib ki, Uill bundan iki gün əvvəl ölüb.

Elizabet Kubler-Rossun "Uşaqlar və ölüm haqqında" kitabında (1983) yol qəzasına düşən və ölüm ərəfəsində olan qadından bəhs edilir. O, yanında olan naməlum adamdan xahiş edib ki, onun hindu rezervasiyasında (Amerikada yerli tayfaların zorla yerləşdirildikləri pis yerlər) yaşayan anasına onunla hər şeyin qaydasında olduğunu çatdırsın. "Mən çox xoşbəxtəm, çünki artıq atamın yanındayam"- hindu qadın bildirib. Sonra məlum olub ki, onun atası qəzadan cəmi bir saat əvvəl ürək tutmasından vəfat edib.

Daha bir hadisə barədə məlumat Melvin Morze və Pol Perrinin "İşığa yaxın: uşaqların ölümərəfəsi təcrübələrindən dərslər" kitabından (1990) verilir.

Yeddi yaşlı oğlan leykemiya xəstəsi olub və ölüm ayağında sayıqlayaraq bildirib ki, səmalarda olan vaxt öz anasını onun keçmiş məktəbli dostu ilə birlikdə görüb və anası ona deyib ki, o, avtomobil qəzasında ölüb. Oğlanın anası çox təəccüblənib, çünki heç vaxt oğluna bu adam haqqında heç nə deməyib. Sonralar məlum olub ki, ananın əvvəlki sevgilisi uşaq onu ölüm ərəfəsində görən vaxt qəzaya uğrayıb.

Bred və Şerri Hansen Staycerlərin "İşıq uşaqları: uşaqların ölümərəfəsi təcrübələri barədə maraqlı həqiqət" kitabında (1995) aşağıdakı epizod təsvir edilib.

Doqquz yaşlı Eddi Kumo qızdırmadan əziyyət çəkib. Bir dəfə temeperaturu düşən vaxt o, gecə saat üçdə yuxudan oyanıb və valideynləri və həkimi Deyluya bu hadisəni danışıb: ölən qohumlarını və onların arasında 19 yaşlı böyük bacısı Terezanı görüb. Tereza bu vaxt kollecdə olub, lakin həmin gün xəbər gəlib ki, o, avtomobil qəzasında həlak olub.

Bu, təqribən gecə yarısı, yəni Eddinin görməsindən bir neçə saat əvvəl baş verib.

3 yanvar 1856-cı ildə amerikalı qadın Kollyer gecə vaxt gözlənilmədən yuxudan oyanıb. O, çarpayının başında həmin vaxt Missisipidə dənizdə üzən gəmidə kapitan kimi xidmət edən öz oğlu Cozefi görüb. Cozefin üzündə dəhşətli yaralar görünüb, başı bintlə sarıqlı olub... Onunla nəsə baş verib, amma anası ona bir söz deməyə imkan tapmamış Cozef yoxa çıxıb. Kollyer təəccüblənib və qorxuya düşüb. Nəhayət, o, belə fikirləib ki, yatarkən dəhşətli yuxu görüb.

Yalnız iki həftədən sonra qadın oğlunun öldüyü barədə məlumat alıb. Məlum olub ki, Kollyerin gəmisi güclü duman səbəbindən başqa bir gəmi ilə toqquşub və qəza nəticəsində dor ağacının qırıntısı onun başına düşüb. Bu hadisə yanvarın 3-də gecə baş verib. Xanım Kollyer vaxtı tutuşduraraq anlayıb ki, Cozefin kabusu ona oğlunun öldüyü məqamda görünüb.

Bir dəfə 1970-ci ilin yanvarında nişanlısı Vyetnamda vuruşan Bonni Mociorossi adlı qız dostları ilə birlikdə televizorla ABŞ-ın o vaxtkı prezidenti Riçard Niksonun çıxışına baxırdı... Birdən veriliş dayanıb və ekranda cəngənlik təsviri görünüb. Yerdə, deyəsən, kimsə-ölmüş bir adam uzanmışdı. Və burada Bonni kiminsə səsini eşidib: "Don öldü". O, vəhşicəsinə qışqırıb. Məlum olub ki, digərləri qeyri-adi heç nə müşahidə etməyiblər. Bir həftədən sonra qız öyrənib ki, nişanlısı həmin gecə- o, dəhşətli təsvirləri görən vaxt Vyetnamda öldürülüb.

"Bu cür hadisələr ən inandırıcı şəkildə sübut edir ki, şüur ölümdən sonra yaşamaqda davam edir"- doktor Qreyson hesab edir.

Sizin Reklam Yeriniz