Əlaqə Arxiv
news Image
2014.11.12
09:47
| A A A
İsa peyğəmbərin iki oğlu olub

Hər halda bir yarım min il əvvəl Böyük Britaniya muzeyi kitabxanasında tapılmış salnamə əsasında yazılmış kitabda belə iddia olunur.

Isa peyğəmbər və Mariya Maqdalina arasındakı münasibətlər haqqındakı mübahisələr "İtmiş İncil"in çapından sonra, yəqin ki, yenidən qızışacaq. Onun müəllifləri, professor Barri Uilson və yazıçı, kinematoqrafiyaçı Simşa Yakoboviçi bildirirlər ki, İsa nəinki Mariya Maqdalina ilə evlənib, hətta onların iki oğlu da olub.

Kitabın əsasını VI əsrin yetmişinci illərinə aid olan salnamə təşkil edir. Salnamə IV-VIII əsrdə Yaxın Şərqdə ədəbi dil kimi yayılan və aramey dili ilə əlaqədar olan Suriya dilində yazılıb. Qədim əl yazısı Misirdəki Müqəddəs Makariya monastırı kitabxanasında saxlanılıb və 1847-ci ildə Böyük Britaniya muzeyi tərəfindən alınıb.

Barri Uilson və Simşa Yakoboviçi qədim kitabı bir neçə ay tərcümə ediblər. Orada deyilir ki, Mariya Maqdalina İsa peyğəmbərin arvadı olub və ona iki oğul doğub.

Əlbəttə, "İtirilmiş İncil" İsa peyğəmbərin Mariya Maqdalina ilə evləndiyini təsdiq edən ilk kitab deyildir. Bu cür kitablara çox rast gəlmək olur. Onlardan daha çox məşhur olanı Nikos Kazandzeskinin "İsa peyğəmbərin sonuncu günahı" və Den Braunun "Da Vinçinin kodu" kitablarıdır.

Sizin Reklam Yeriniz