Əlaqə Arxiv
news Image
2014.11.12
09:57
| A A A
Fransalı öz velosipedində 333 kmsaat sürətlə hərəkət edib

Cənubi Fransadan olan Fransua Jissi bu cür sürəti özünün reaktiv velosipedi ilə həyata keçirib. Mümükün olan maksimum sürəti almaq üçün velosipedini hər cür güclü mexanizmlərlə təchiz edən Fransua Jissi haqqında çoxları eşidib.Fransua bu ilin mayında 265 kmsaat sürət götürə bilmişdi. Bir qədər sonra o, 6,7 saniyə ərzində 285 kmsaat sürətlə hərəkət edərək öz əvvəlki rekordunu təzələyib. Indi isə, ümumiyyətlə, 4,8 saniyə ərzində 333 kmsaat sürətlə hərəkət edərək fantastik rekord əldə edib. Amma velosipedçi bununla da kifayətlənmək fikrində deyildir. Onun növbəti hədəfi- 400 kmsaata çatmaqdır və buna iki saniyədən az vaxt sərf etməyi planlaşdırır. Bunun üçün Fransua dünyada ən güclü "Spine Crusher" adlı reaktiv velosiped hazırlayacaq.

Jurnalistlər ondan açıq havada bu qədər sürətlə hərəkət edən zaman nə hiss etdiyini soruşanda o, cavab verib ki, dərhal tufan və qasırğa vaxtı yaranan küləyi hiss edirsən."Şadam ki, bu cür yürüşdən sonra başım hələ də çiyinlərim üzərindədir"- fransalı əlavə edib.

Sizin Reklam Yeriniz